Əsas Səhifə > Güney Press / Manşet / Ana xəbər > 5 rayonun icra başçısı daha çox narazılıq yaradır – Onlarla bağlı tədbir görüləcək
5 rayonun icra başçısı daha çox narazılıq yaradır – Onlarla bağlı tədbir görüləcək7-03-2014, 14:49 |
|
DİA.AZ: - Azərbaycanda yerli məmurların daha çox özbaşınalıqla məşğul olması səbəbindən onlar haqqında yuxarı instansiyalara edilən şikayətlər də çox olur. Prezident Admnistrasiyası artıq bir neçə ildir ki, daha çox şikayət olunan icra başçılarının В«reytinq cədvəliВ»ni də hazırlayaraq, onu cəmiyyətə açıqlayır. Yeni ilin ilk ayı üzrə hazırlanmış В«reytinq cədvəliВ»ndə də maraqlı məqamlar var. Məlumatlarda deyilir ki, Prezident Admnistrasiyasına müraciət edən vətəndaşların ən çox şikayətçi olduqları icra başçılarının yeni siyahısı tərtib olunub ki, bu siyahıda da daha çox adları çəkilənlər köhnələrdir. Yəni bəlkə də yeni olduqlarından təzəcə olaraq başçı təyin olunanlardan narazılıq diqqətçəkən səviyyədə deyil. DİA.AZ-a bu barədə danışan mənbə bildirir ki, barəsində ən çox şikayətlər olan rayon rəhbərləri arasında Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Beyləqanın icra başçısı Vaqif Abdullayev, Yevlax rayon icra hakimiyyəti başçısı Qoca Səmədov, Xətai rayon icra hakimiyyətinin başçısı Razim Məmmədov və Sabunçu rayon icra hakimiyyətinin başçısı Adil Vəliyev ilk beşliyi tuturlar. Təbii ki, belə bir imaj həmin rayonların rəhbərlərilə bağlı yaxın gələcəkdə veriləcək qərarlara birbaşa təsir edə bilər. Bunu da mənbəmiz söyləyir. Geri qayıt |