Əsas Səhifə > Güney Press / Manşet > Kamal Abdullanı yeni postunda kimlər sıxışdırır?

Kamal Abdullanı yeni postunda kimlər sıxışdırır?


7-03-2014, 14:21
Kamal Abdullanı yeni postunda kimlər sıxışdırır?
DİA.AZ: - Məlum olduğu kimi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Azərbaycan Mətbuat Şurası tərəfindən təşkil olunan "Dini etiqad azadlığı, missionerlik fəaliyyəti və media" mövzusunda konfrans keçirib. Xatırladaq ki, bu konfransla bağlı, yəni belə bir tədbirin keçiriləcəyi haqda hələ dünən məlumat vermişdik.

Və qeyd etmişdik ki, son günlər hakim düşərgədə küncə sıxışdırılan PA-nın şöbə müdiri Əli Həsənov nəzarətindəki media vasitəsilə yaratdığı süni gündəmin eyni qaydada süni olan ajiotajından bəhrələnməyə çalışacaq. Və elə bu səbəbdən də bugünkü tədbiri В«Əli Həsənovun mətbuat konfransıВ» kimi də dəyərləndirmək olar…

DİA.AZ bildirir ki, burada bir neçə mühüm məqam var ki, Əli Həsənovu mətbuat qarşısına çıxmağa vadar edir. Onlardan biri ilə bağlı dünən bilgilərimizi paylaşmışdıq. Söhbət mövqelərini itirməkdə olan PA-nın şöbə müdirinin özünütəsdiq ehtiyacından gedir. Yəni Əli Həsənov üçün bu gün özü barəsində vacib fiqur obrazının yaradılması çox vacibdir. Hər halda, son prezident seçkilərindən sağlamlığındakı problemlərdən dolayı demək olar ki, kənarda qalmış Əli Həsənovun artıq bu hakimiyyət qarşısında elə bir müsbət xatirəsi mövcud deyil ki, onun hansısa şıltaqlığı, ərköyünlüyü asanlıqla həzm olunsun.

Amma görüntüdə olanı odur ki, Əli Həsənov yetərincə gərgin olan atmosferin təsiri altında özünütəsdiq kampaniyasına elə aludə olub ki, artıq prezidentin qərarlarını belə TƏFTİŞ CƏHDİNDƏ bulunur. Bunu da yazmışdıq. Amma bugünkü tədbir bir daha sübutladı ki, Əli Həsənov sanki prezidentə əzələ nümayiş etdirmiş kimi davranır.

Təsəvvür edin, iki-üç gün əvvəl prezident İlham Əliyev Kamal Abdullanı Bakı Slavyan Universitetinin rəhbərliyindən alır və onu Azərbaycan Respublikasının millətlərarası multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri təyin edir. Diqqət yetirin, bu təyinatın altında prezidentin imzası var. Və bu təyinat faktiki olaraq Əli Həsənovun səlahiyyətlərinin, məhz dini müstəvidəki səlahiyyətlərinin əlindən alınması anlamını daşıyır. Artıq illərdən bəri ləğv olunmuş bir dövlət müşaviri postu bərpa olunur və ora təyinat olunur.

Amma buna rəğmən Əli Həsənov bu gün "Dini etiqad azadlığı, missionerlik fəaliyyəti və media" mövzusunda tədbir keçirir. Tamam mövzunun adındakı MEDİA kəlməsi Əli Həsənovun zonasına aiddir, amma axı əvvəldəki cümlələr birbaşa olaraq Kamal Abdullanın səlahiyyət məkanıdır və bu tədbirin əslində Kamal Abdullanın nəzarəti altında baş tutması zərurəti var idi.

diaaz.space-ı bilgiləndirən məlumatlı mənbə bildirir ki, əslində, loru dildə desək, Əli Həsənovun Kamal Abdullanın çörəyinə bais olmağa qalxması heç də В«yuxarılarВ» tərəfindən dəstəklənməyib. Və bugünkü tədbirə görə çoxları üçün ciddi problemlər yarana bilər…

Hər halda, gözləmək lazımdır…

Geri qayıt