Əsas Səhifə > Güney Press / Manşet > Nurçu-vəhabi mövzusu özünün pik həddində - Kimlər özlərini sübut etməyə çalışır?

Nurçu-vəhabi mövzusu özünün pik həddində - Kimlər özlərini sübut etməyə çalışır?


6-03-2014, 19:16
Nurçu-vəhabi mövzusu özünün pik həddində - Kimlər özlərini sübut etməyə çalışır?
DİA.AZ: - В«Sabah mətbuatla bağlı bir tədbir düzənlənəcək. Maraqlı olanı odur ki, tədbir Azərbaycan mətbuatında son günlər ən aktual mövzulardan biri kimi işlənən dini mövzuya həsr olunacaqВ». Bu ilginc informasiyanı DİA.AZ-a hökumət içindəki mötəbər mənbələr ötürüb.

Xəbəri verən qayaq iddia edir ki, əslində tədbir Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov tərəfindən təşkil olunur. Mənbənin söylədikləri: В«Məlumdur ki, son günlər mediada vəhabi-nurçu mövzusuna xüsusi həssaslıq nümayiş olunur. O da məlumdur ki, əslində bütün bunlar əksər hallarda süni şəkildə şişirdilir. Sanki kimlərsə, medianın olmayan yerdən, qaşınmayan yerdən qan çıxarmasında maraqlıdır. Və sabah mətbuatın iştirakı ilə və xüsusən də Əli Həsənovun təşkilatçılığı ilə baş tutan tədbir də qeyd olunan prosesin davamı kimi qəbul edilməlidirВ».

Mənbə bildirir ki, Əli Həsənov neçə müddətdir rəqiblərinə qarşı nurçu-vəhabi silahından geniş istifadə etməkdədir: В«Sabah da bu hücumların kuliminasiya nöqtəsi olmalıdır. Yəni bununla PA rəsmisi özünü hakimiyyətə vacib bir fiqur kimi təqdim edir. Süni şəkildə problem şişirdilir və problemi şişirdən dairə tərəfindən də asanlıqla dəf edilir. Çünki В«problemВ» ilk başdan onun nəzarəti altındadır. Politologiyada ayrıca bəhs var - konfliktologiya. Görünür, Əli müəllim bu sahəni yaxşı mənimsəyibВ».

Mənbə bildirir ki, sabahkı tədbirlə bir neçə məqsədi güdən PA rəsmisinin əas hədəfi rəqiblərinə görk etməkdirsə, digər hədəfi də özünütəsdiqdir: В«Son günlər Əli Həsənov ciddi şəkildə zərbələr alıb. Bu yaralarını sarıması üçün o, hələ çox gedişlər edəcək. Amma əbəsdir. Çünki artıq əksəriyyət realda baş verənlərin mahiyyətindən xəbərdardır. Hətta bu gün müxalif və müstəqil mediaya ayrı-ayrı deputatların, dövlət adamlarının nurçu olması barədə göndərilən informasiyaların da əslində PA-dakı konkret qruplaşmadan qidalandığını hər kəs yaxşı bilir. Elə bu səbəbdən Əli Həsənovun sabahkı çabaları boşuna enerji sərfiyyatından başqa bir əhəmiyyətə malik olmayacaq»…

Geri qayıt