Əsas Səhifə > Güney Press / Ana xəbər > Keçmiş rektora qarşı 50 milyon manatlıq yeyinti ittihamı səsləndi

Keçmiş rektora qarşı 50 milyon manatlıq yeyinti ittihamı səsləndi


6-03-2014, 09:42
Keçmiş rektora qarşı 50 milyon manatlıq yeyinti ittihamı səsləndi
Dünən işdən çıxarılan İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyevlə bağlı olduqca maraqlı bir iddia gündəmə gəlib. JAM.AZ xəbər verir ki, həmin iddianı irəli sürən isə tanınmış hüquq müdafiəçisi Vidadi İsgəndərlidir.

İsgəndərli özünün Facebook hesabında yazıb ki, Şəmsəddin Hacıyev rektor təyinatı aldıqdan sonra bir sıra qeyri-qanuni əmələ imza atıb. В«Şəmsəddin Hacıyev rektor təyin olunandan sonra ağzından süd iyi gələn kürəkəni Seymuru prorektor vəzifəsinə gətirdi. Təkcə, universitetə qeyri-qanuni tələbə qəbulunu yoxlasalar, onun 50 milyon manat qazandığını müəyyən edə bilərlər. Bu mənim təxmini hesablamalarımdır. Amma bu rəqəm daha böyük də ola bilərВ».

Hüquq müdafiəçisi daha sonra yazıb ki, İqtisad Universitetinin keçmiş rektorunu təkcə işdən çıxarmamalı, həm də onun deputat mandatını ləğv edərək, haqqında cinayət işinin açılması lazımdır. В«Onun əmlakı müsadirə olunaraq, büdcəyə keçirilməlidir. Haqqında isə cinayət işi açılmalıdırВ».

Geri qayıt