Əsas Səhifə > Güney Press / Ana xəbər > Qarabağ əlili icra nümayəndəsi tərəfindən təhqir olunub

Qarabağ əlili icra nümayəndəsi tərəfindən təhqir olunub


5-03-2014, 14:54
Qarabağ əlili icra nümayəndəsi tərəfindən təhqir olunub
Ötən gün redaksiyamıza şikayət ərizəsilə müraciət edən Qaradağ rayon, Sahil qəsəbəsi, Ə.Gülbabayev küçəsi, ev 16, mənzil 41-də yaşayan ikinci qrup Qarabağ müharibəsi əlili, şəkərli diabet xəstəsi İsmayıl Yəhya oğlu Rəsulov Kürdəmir rayon sakini Allahyar Alxan oğlu Lətifov tərəfindən təhqir olunduğunu bildirib.

Belə ki, Kürdəmir rayon, Çöhranlı kənd sakini, keçmiş icra nümayəndəsi Allahyar Lətifovun məhkəmə prosesi zamanı ünvanına nalayiq sözlər işlətdiyini, təhqir etdiyini deyən şikayətçi hazırda bununla bağlı Yasamal Rayon Məhkəməsində araşdırma aparıldığını qeyd edib: В«Allahyar Lətifov mənim torpağımı və mülkümü əlimdən almaq üçün var gücü ilə çalışır. Mənə verilmiş torpaq sahəsini onun bacısının oğulluğuna vermişdim. Allahyar Lətifov başda olmaqla qohumlar həmin torpaq sahəsini saxta sərəncamla öz adlarına keçirmiş və sənədləşdirmişlər. Bundan xəbər tutduqdan sonra məhkəməyə müraciət etdim və bu günə kimi məhkəmə qapılarında əziyyət çəkməkdəyəm. Allahyar Lətifov bununla barışmır və nəyin bahasına olur-olsun öz çirkin niyyətinə çatmaq arzusu ilə yaşayır. O, bu işlərə öz yaxın ətrafını və tanışlarını cəlb edib. Məhkəmə haqq-ədaləti əsas tutub qərar qəbul edir, Allahyar Lətifov isə deyir ki, onsuz da bu qərarı Ali Məhkəmədə ləğv etdirəcəm. Mən bilmək istəyirəm, Allahyar Lətifov kimdir və kimlərə arxayındır?..В» Allahyar Lətifovun uzun müddət Kürdəmir rayon, Çöhranlı kənd icra nümayəndəsi vəzifəsində çalışdığını vurğulayan İsmayıl Rəsulovun sözlərinə görə, adıçəkilən şəxs bu zaman xeyli qanun pozuntusuna yol verib: В«Allahyar Lətifov Çöhranlı kənd icra nümayəndəsi işlədiyi dövrdə əhalinin adına olan torpaq sahələrini saxta sənədlərlə artırıb və pulları mənimsəyib. Buna görə də komissiya yoxlayarkən onun saxtakarlığı üzə çıxır və sehrli əllər onun cinayət məsuliyyətindən yayınmasına kömək olur. Allahyar Lətifov vəzifəsindən uzaqlaşanda bununla barışmır və məhkəmələri dolanmağa başlayır. Məhkəmə qanunun aliliyini Allahyar Lətifova sübut edir. Onun hamını şərləməsi və ağzına gələni danışması adi hala çevrilibВ».

Qeyd edək ki, şikayətçi - Qaradağ rayon sakini, ikinci qrup Qarabağ müharibəsi əlili, şəkərli diabet xəstəsi İsmayıl Rəsulov В«Gündəlik BakıВ» qəzeti vasitəsilə Kürdəmir Rayon İcra Hakimiyyətinə, eləcə də rayon prokurorluğuna Allahyar Alxan oğlu Lətifovun Kürdəmir rayon, Çöhranlı kənd icra nümayəndəsi işlədiyi dövrdə yol verdiyi nöqsanların araşdırılması üçün sorğu göndərilməsini xahiş edir: В«Əgər belə bir sorğu verilsə, o zaman Allahyar Lətifovun iç üzü açılacaq. Torpağa və mülkə sahib olmaq üçün bacısının ailəsini dağıdan qardaşa nə ad vermək olar?.. Onun atasını incitməsi və başqa detallara sonradan aydınlıq gətirəcəm. Allahyar Lətifov bilməlidir ki, mənim arxamca kompromat toplamaq ona baha başa gələcək, nəhayət, onun iç üzünü açacaq. İllərdir sıralarında olduğu partiyanı lənətlədiyi üçün vicdanı qarşısında cavab verəcəkВ».

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. \\ В«Gündəlik BakıВ» \\

Geri qayıt