Əsas Səhifə > Güney Press / Ana xəbər > Həbsdə olan Ucar sakini Prezidentdən əfv dilədi
Həbsdə olan Ucar sakini Prezidentdən əfv dilədi5-03-2014, 11:30 |
|
Ucar rayon sakini Fuad Hüseynov mətbuat vasitəsi ilə dövlət başçısına müraciət ünvanlayıb. TİA.AZ-a daxil olan müraciətdə sözügedən şəxs bildirir ki, o, 26 sentyabr 2011-ci il tarixdə heç bir günahı olmadan 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Fuad Hüseynov yazır ki, həbsinə səbəb sifariş verilməsi olub. В«Hal hazırda 12 saylı cəzaçəkmə müəssisəsindəyəm. Mətbuat vasitəsi ilə Prezidentə müraciət edərək, ondan əfv olunmağımı istəyirəm. Atam bu ilin fevralında dünyasını dəyişdi. Onun yasında belə iştirak edə bilmədim. Ailə vəziyyətimiz hal hazırda çox çətindir. Anam tək və xəstə adamdır. Bu səbəbdən də azadlığa çıxmağımı təmin etməsi üçün dövlət başçımızdan əfv etməsini xahiş edirəmВ». Geri qayıt |