Əsas Səhifə > Güney Press / Ana xəbər > 25 "Gelandewagen"li toyla səs-küy salan iş adamına qarşı ittiham

25 "Gelandewagen"li toyla səs-küy salan iş adamına qarşı ittiham


5-03-2014, 09:04
25 "Gelandewagen"li toyla səs-küy salan iş adamına qarşı ittiham
Əvvəllər cəmiyytin bir qisminə tanınan, sonradan gündəmə qalmaqallı toy karvanı sahibi olaraq bomba kimi düşən məhşur iş adamı Hacı Qurbandan (soyadı Abbasovdur) narazılıq var.

Bu barədə məlumatı infom.az-ın əməkdaşına Salyan rayonunun Əzizbəyov küçəsi, 150 saylı evdə yaşayan Hüseynov Mətləb Zəbulla oğlu verib. Onun sözlərinə görə, Hacı Qurbanın rəhbərlik etdiyi “İlkin” MMC tikinti şirkətində 35 nəfər işçinin briqadiri olub. Tikinti işlərinə ümumi nəzarəti həyata keçirən bazarkom Yusifdən 25 400 manatlıq sifariş qəbul edib və işi 2 aya tamamlayıblar.

Lakin sonda zəhmət haqqı olaraq pulun bir hissəsini- 15 min manatı alıblar. Bazarkom yerdə qalan məbləğı 10 günə verəcyinə bidirsə də, düz 3 aydır ki, ondan səs-soraq çıxmır. O, verdiyi sözə əməl etməyərək, 10 400 manat əmək haqqını işçilərə ödəmir. Mətləb Hüseynovun bildirdiyinə görə onları hər dəfə müxtəif bahanələrlə aldadırlar ki, pulu verməsinlər. Şikayətçilər artıq nə edəcklərni bilmir.

Əmkdaşmız məsələni araşdrımaq məqsədi ilə telfonla ilk öncə iş icraçsı bazarkom Yusiflə əlaqə saxlyıb. Əvvəl “bizim bir adama borcumuz yoxdur” deyən Yusif, sonra maddi durmlarının aşağı olduğunu bildirərək, yaxın zamanlarda problemi həll edəcəklərini vəd edib.

Daha sonra şirkət sahibi Hacı Qurbanla əlaqə saxlanılıb. Adamın cavabı maraqlı olub: “Tabeliyimdə minlərlə adam çalışır. Mən haradan bilim ki, kimin əmək haqqını veriblər və yaxud verməyiblər. Bizim kimsəyə borcumuz ola bilməz. Sabah məsələni aydınlaşdırıb, sizə də məlumat verərik.”

Gözləyək görək Hacı Qurbandan nə xəbər gəlir. Bizi izləyin

Geri qayıt