Əsas Səhifə > Güney Press / Manşet / Ana xəbər > Bakıda təhlükəli qüvvələrə qarşı şok əməliyyat - Onların maliyyə qanadları budanır
Bakıda təhlükəli qüvvələrə qarşı şok əməliyyat - Onların maliyyə qanadları budanır4-03-2014, 17:49 |
|
DİA.AZ: - Dünən məlumat verərək bildirmişdik ki, ölkənin bank sektorunda dəyişiklik gözlənilir. Artıq DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, bəzi bankların fəaliyyəti ciddi araşdırmaya götürülüb. Qeyd edək ki, В«Bank of BakuВ»da əməliyatların keçirilməsi barədə məlumat yayılıb. Xəbərlərə görə, bankın müşahidə şurasının sədri də həbs olunub. Hələlik bu barədə dəqiqləşdirmələr aparılır. DİA.AZ-a bu barədə danışan mənbə iddia edir ki, ümumiyyətlə, ayrı-ayrı dini sektalara, təriqətlərə, habelə xarici qüvvələrə aidiyyatı olan təhlükəli çevrələrə, onların maliyyə qaynaqlarına qarşı Milli Təhlükəsizlik Nazirliyi tərəfindən xüsusi əməliyyat haxzırlanıb. Məlumata görə, təkcə bank sektorunda deyil, bir neçə iaşə müəssisəsində də anoloji əməliyyatlar həyata keçirilib: В«Bu haqda cəmiyyətə davamlı olaraq məlumat veriləcəkВ». Bizi izləməkdə davam edin… Geri qayıt |