Əsas Səhifə > Güney Press / Ana xəbər > Sumqayıtda 300 min manatlıq maxinasiyasının üstü açıldı
Sumqayıtda 300 min manatlıq maxinasiyasının üstü açıldı4-03-2014, 13:38 |
![]() Sumqayıtda indiyə qədər həyata keçirilmiş işlərdər birində baş verən korrupsiyanın üstü açılıb. JAM.A-ın araşdırmalarına görə, korrupsiyanın total şəkildə diqqət çəkdiyi sahə isə rabitəyə aiddir. Belə ki, Sumqayıt Telekommnuikasiya Qovşaqlarının yenilənməsi zamanı büdcə vəsaitlərinin talanması və qiymətlərin şişirdilməsi diqqəti çəkir. Qeyd edək ki, rəsmi məlumatlara görə, 2013-cü ildə Sumqayıt Telekommnuikasiya Qovşağında 100 min metrdən artıq kabel yenilənib və köhnə kabellər yenisi ilə əvəzlənib. Bundan başqa keçən il ayrı-ayrı müəssisə və təşkilatlara ümumilikdə 40 min metrə yaxın fiber optik internet kabeli çəkilib. Araşdırmalara əsasən Sumqayıt Telekommnuikasiya Qovşağının rəisi Akif Əsgərov kabelin qiymətlərini şişirtməklə büdcə vəsaitlərini şəxsi məqsədləri üçün qazanca çevirib. JAM.AZ-a daxil olan məlumatlarda vurğulanır ki, faktiki olaraq fiber optik internet kabellərin çəkilməsi üçün 1 manat vəsait xərclənsə də, Akif Əsgərov sənədlərdə hər bir metr fiber optik internet kabeliin çəkilməsi üçün 3 manat sərf olunuduğunu göstərib. Ortada iki manatlıq fərqin yaranması isə qovşaq rəisinə 300 min manatlıq qazanc gətirib. Bundan əlavə, o da bildirilir ki, fibrooptik kabellərin çəkilməsi zamanı sənədləşdirilən məsafələrdə də saxtakarlığa yol verilib. Məlumatlarda deyilir ki, bir çox dövlət və özəl müəsissələrə çəkilən fiber optik internet xətlərinin uzunluğu sənədlərdə göstərildiyindən bir neçə dəfə qısadır. Əsgərov da qısa xətləri В«uzadaraqВ» mənfəət əldə etməyə çalışıb. JAM.AZ-a çatan bir başqa məlumatda həmçinin Sumqayıt Telekommnuikasiya Qovşağının rəisinin digər maxinasiyalarından bəhs olunur. Qeyd edilir ki, qovşaq rəisi həmçinin Sumqayıt şəhərinin müxtəlif yerləriədəki ATS- lərin avtomatlaşdırılması və telefon şkaflarının dəyişdirilməsi əməliyyatlarından da az pul qazanmayıb. Büdcə vəsaitləri hesabına həyata keçirilən bu işlərdən külli miqdarda qazanc götürən Əsgərovun Sumqayıtda ən varlı adamlar sırasına çıxması da deyilənlər içindədir. Bununla bağlı deyilir ki, əldə etdiyi pulları özünün şəxsi biznesinə sərf edən Akif Əsgərovun hazırda ölkənin üçüncü şəhərində böyük qazanc yerləri mövcuddur. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. Geri qayıt |