Əsas Səhifə > Güney Press / Ana xəbər > Etibar Pirverdiyev Fazil Məmmədova necə kəf gəlir?
Etibar Pirverdiyev Fazil Məmmədova necə kəf gəlir?3-03-2014, 13:35 |
![]() В«AzərenerjiВ» Açıq Səhmdar Cəmiyyətinin (ASC) prezidenti Etibar Pirverdiyevin barəsində indiyədək saya gəlməyəcək qədər tənqidi fikirlər səsləndirilib. Bəzi hallarda millət vəkilləri və yüksək rütbəli şəxslərin hədəfinə tuş gələn ASC rəhbəri bu vaxta kimi kreslosunu qorumağı bacarıb. Xatırladaq ki, ötən ilin sonlarında millət vəkili Zahid Orucov В«AzərenerjiВ» ilə bağlı fikirlərini bildirərək bəzi maraqlı detallara aydınlıq gətirmişdi: В«Azərenerji” 4 milyard kubmetrə qədər qaz sərf etsə də, səhmdar cəmiyyət qeyri-rentabelli işləyir. Onların 400 milyondan artıq vergi borcu var. Digər ödənişlərdə də bu problemlər qalmaqdadır. Hökumət düşünür ki, orta təbəqənin və imkanlı şəxslərin vəsaitlərini almaq olar. Ancaq aztəminatlı insanların vəziyyəti necə olacaq? Çünki tariflər eyni dərəcədə qaldırılacaq. Mən bildirdim ki, "Bayva” və "Barmek”in acı təcrübəsini nəzərə alıb, enerji sektorunun idarəetməyə verilməsi elə də yaxşı addım deyil. Əgər hökumət bu sahədə ağır yüklərdən azad olmaq istəyirsə, o sahədə idarəetmə və hətta özəlləşmə tədbirlərinə getməlidirВ». Deputatın çıxışından sonra bəzi ekspertlər də ASC rəhbərliyinin əleyhinə fikirlər səsləndirərək belə desək, Etibar Pirverdiyevi ağ yuyub qara sərmişdilər. Onlar da birmənalı olaraq В«AzərenerjiВ»nin özəlləşdirilməsinin tərəfində olduqlarını vurğulamışdılar: В«Elə sahələr var ki, orada əməkhaqqı yüksək olur və məvacibləri artıran kimi qiymətlərin yüksəlməsinə gətirib çıxarır. Enerji sektoru qapalı sahədir, hökumət maya dəyərini açıqlamır. Əgər elektrik enerjisinin hasilatında qazın 5-10 faizlik payı varsa, qiymətlərə ciddi təsir etməyə bilər. Nəzərə almaq lazımdır ki, В«AzərenerjiВ» həm də yanacaqdan istifadə edir. Balansında olan avtomobillər var. ASC-yə verilən həm qazın, həm də yanacağın qiymətinin bahalaşması, çox güman ki, tariflərə təsir göstərəcək. В«AzərenerjiВ» böyük xərcləmələri dövlətin üzərinə qoyur. Bu istiqamətdə yatırılan investisiyalar dövlət büdcəsi və xarici kreditlər hesabına həyata keçirilir. ASC-nin öz tarifləri hesabına formalaşan gəlirlərinin hesabatlılığında tamamilə qeyri-şəffaflıq varВ». Qeyd olunan məsələlərdə əsas narahatedici məqam qurumun dövlətə olan yüklü miqdarda vergi borcu ilə bağlıdır. Apardığımız araşdırmalar zamanı öyrəndik ki, Etibar Pirverdiyevin rəhbəri olduğu cəmiyyətin adı hər il dövlətə borclu olan kommunal xidmət sahə qurumları ilə bağlı açıqlanan hesabatda yer almaqdadır. Məsələn, 2013-cü ilin aprel ayında Vergilər Nazirliyi tərəfindən açıqlanan məlumata görə, kommunal xidmət sahəsində fəaliyyət göstərən şirkətlərin büdcəyə 1 trilyon manatdan çox borcu olub. Nazirlikdən bildirilib ki, borcun çox hissəsi В«AzərenerjiВ» ASC-nin payına düşür. Vergilər Nazirliyinin rəsmiləri şirkət rəhbərliyinə borcun ödənməsi ilə bağlı dəfələrlə xəbərdarlıq etsə də, nəticəsi olmayıb. Ən qəribəsi odur ki, Səhmdar Cəmiyyətin dövlətə vergi borcu olduğu halda, ona əlavə investisiyalar yatırılır. Belə ki, 2008-ci ildə dövlət büdcəsindən investisiya xərcləri çərçivəsində 9 iri şirkətə 1,1 milyard manatdan artıq vəsait ödənilib. В«AzərenerjiВ»yə ayrılan məbləğ 500 milyon manat olub. Şirkətin gəlirləri kifayət qədər böyük olsa da, qurumun rəhbər şəxsləri dövlətə olan vergi borcunu ödəməkdən yayınır. Heç kimə sirr deyil ki, Etibar Pirverdiyevin rəhbəri olduğu şirkət uzun müddətdir büdcə proqnozunu yerinə yetirə bilmir və ən böyük borc sahiblərindən biridir. Hələ üstəlik, abonentlərdən ödəmələri 98 faizə çatdırsalar da, büdcədən asılılıqları yenə də davam edir. Geridə qalan müddət ərzində nə subsidiyalar azalıb, nə də əhali keyfiyyətli enerji ilə təmin olunub. Bütün bunlar isə ASC rəhbəri Etibar Pirverdiyevin maliyyə fəaliyyətini heç də şəffaf qurmamasından xəbər verir. Şirkət bundan sonrakı fəaliyyətini yenə də köhnə prinsiplər üzərində qursa, problemlər bir az da artacaq. Odur ki, yuxarı dairələr vəziyyətdən çıxış yolu tapıb maliyyə itkisinin qarşısını almalıdır. Ən optimal variant isə В«AzərenerjiВ»nin özəlləşdirilməsidir. Yazı ilə bağlı cəmiyyət sədrinin də münasibətini dərc edə bilərik. \\ В«Gündəlik BakıВ» \\ Geri qayıt |