Əsas Səhifə > Güney Press / Ana xəbər > Nurçularla əlaqəli kurslar və təhsil ocaqları bağlanır

Nurçularla əlaqəli kurslar və təhsil ocaqları bağlanır


3-03-2014, 13:28
Nurçularla əlaqəli kurslar və təhsil ocaqları bağlanır
Son günlər Azərbaycanda Fətullah Gülənə bağlı dövlət məmurlarının olduğu, onların sırasında hətta deputatların varlığı barədə silsilə məlumatlar yayılır. JAM.AZ xəbər verir ki, Türkiyə hökuməti ilə aralarında gərgin anlar yaşayan və nurçuların əsas lideri sayılan Fətullah Gülənlə bağlı artıq Bakıya də xəbərdarlıq edilib.

Türkiyə mətbuatının yaydığı məlumata görə, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan onun haqqında müxtəlif məlumatlar yaydıran Güləni tam sıxışdırmaq üçün yaxın münasibətdə olduğu dairələrə, həmçinin dövlət başçılarına xüsusi müraciət göndərib. İddialara görə, Ərdoğanın müraciətlərindən biri də Azərbaycan hakimiyyətinə ünvanlanıb.

Məlumatlarda deyilir ki, baş nazir rəsmi Bakıdan Gülənlə mübarizədə ona yardımçı olmağı xahiş edib. Və bildirib ki, hakimiyyət dairələrində nurçularla bağlı olanların onlarda olan siyahısında adları keçən şəxslərin təftişinə də başlanılmasında yardımçı olsunlar. Ən əsas xahiş isə Gülənlə bağlı olan və Azərbaycanda fəaliyyət göstərən təhsil kursları və məktəbləri bağlanılması ilə bağlı olub.

Qeyd edək ki, Azərbaycan tərəfi də bu xahişi nəzərə alaraq, hərəkətə keçib. Hal hazırda hakimiyyət dairələrində və ona yaxın qurumlarda təmsil olunan və nurçularla bağlı olan şəxslərin kimliyi araşdırılır. Həmçinin Gülənlə bağlı olan kursların və təhsil ocaqlarının da təftiş olunaraq, bağlanılması istiqamətində addımların atılacağı gözlənilir. JAM.AZ xəbər verir ki, yaxın vaxtlarda В«Çağ ÖyretimВ», В«ZirvəВ» və В«ArazВ» kursları, habelə Qafqaz Universitetinin bağlanılması barədə qərar veriləcək.

Geri qayıt