Əsas Səhifə > Güney Press / Manşet > Vəhabilər Bakıda etiraza hazırlaşır - Namaz qılmağa məscid tapmadıqlarını deyirlər

Vəhabilər Bakıda etiraza hazırlaşır - Namaz qılmağa məscid tapmadıqlarını deyirlər


28-02-2014, 18:49
Vəhabilər Bakıda etiraza hazırlaşır - Namaz qılmağa məscid tapmadıqlarını deyirlər
DİA.AZ: - В«Vəhabilər Bakıda etiraz aksiyası keçirəcəkВ» bu şok açıqlamanı bu dəqiqələrdə redaksiyamıza yollayan mənbə iddia edir ki, artıq neçə müddətdir ki, Azərbaycanda təqib olunan vəhabilərin rahatlıqla namaz qıla bilmələri üçün məscid olmadığından belə bir addıma əl atmağı planlaşdırırlar.

Mənbə DİA.AZ-a yazır: В«Əbu-Bəkr məscidinin bağlanmasından sonra müxtəlif məscidlərə dağılışan Azərbaycan sələfiləri indii bütün məscidlərdə sıxışdırılır. Bunun sifarişi isə Qafqaz Müsəlmanları İdarəsindən və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən verilib. Artıq neçə rayonda sələfilərin ibadət yerlərinin ağzı qıfıllanıb. Allahın evinin qapılarını sovet dönəmində də qıfıllayırdılar, indi dəВ».

Redaksiyamıza yazan vəhabilər bildirir ki, buna etiraz olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin qarşısında etiraz aksiyası keçirəcəklər: В«Aksiyanın vaxtını və tarixini elan etmirik. Çünki bizə aksiyanın kütləviliyi daha çox maraqlıdırВ».

Geri qayıt