Əsas Səhifə > Güney Press / Manşet > Hacı Məmmədovun aqibətinə aydınlıq gətirilir - Qobustan Qapalı Həbsxanasına köçürülə bilər
Hacı Məmmədovun aqibətinə aydınlıq gətirilir - Qobustan Qapalı Həbsxanasına köçürülə bilər28-02-2014, 17:10 |
![]() DİA.AZ: - Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Təcridxanasında saxlanılan sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov Qobustan Qapalı Həbsxanasına köçürülə bilər. Bu barədə DİA.AZ-a hüquq-mühafizə orqanlarındakı mötəbər mənbə məlumat verib. Xəbəri verən qaynaq iddia edir ki, illərdir Hacı Məmmədovun məhz ümumi rejimli həbsxanaya köçürülməsi üçün “mübarizə aparılsa da”, buna qərar verilmirdi. Mənbənin söylədikləri: “Artıq onunla bağlı qərar dəyişib. Və yaxın günlərdə Qobustan Qapalı Həbsxanasına köçürülə bilər”. Xatırladaq ki, H.Məmmədov məhkəməsindən sonra gözlənilənlərin əksinə olaraq Qobustan Qapalı Həbsxanasına köçürülmədi. Bu isə cəmiyyətdə heç də birmənalı qarşılanmadı. Qanuna görə, heç bir məhkum öz istəyi ilə istintaq təcridxanasında saxlanıla bilməz. Amma 9 ildir ki, H.Məmmədov heç bir əsas olmadan orada saxlanılır. H.Məmmədov və onun dəstəsi 2005-ci il martın 10-da MTN “Qara kəmər” adlı uğurlu əməliyyatı zamanı ələ keçirilib. Nəticədə Hacı Məmmədovla bərabər 26 nəfər ifşa olunub. Bu əməliyyat illərlə bağlı qalan adam oğurluqları və sifarişli qətllərin üzərinə işıq saldı. Lakin uğurlu əməliyyatdan sonra baş verənlər Məmmədovun bandasının ifşasının arxasında digər məqsədlərin də olduğunu ortaya qoydu... Geri qayıt |