Əsas Səhifə > Güney Press / Ana xəbər > "Oksigen" klinikası dirildir, yoxsa öldürür...

"Oksigen" klinikası dirildir, yoxsa öldürür...


25-02-2014, 15:34
"Oksigen" klinikası dirildir, yoxsa öldürür...
Hazırda ölkədə məmurların əksəriyyətinin biznes gəlirləri var. Hər kəsə bəllidir ki, məmurların çoxusu biznes gəlirlərini gizlədirlər. Lakin elələri var ki, obyektlərini müəyyən yollarla gizlətməyə çalışsa da, mümkün olmur. Biznes obyektlərinə sahib olan məmurlardan biri də millət vəkili Əhməd Vəliyevdir. Əhməd Vəliyev Odlar Yurdu Universitetinin rektoru olmaqla yanaşı, "Oksigen” klinikasına sahibdir.

Tibb ocağı millət vəkilinin oğlu tərəfindən idarə olunur. Lakin redaksiyamıza hər dəfə klinika ilə bağlı çoxsaylı şikayətlər daxil olur. Dəfələrlə sözügedən tibb müəssisəsində baş verən neqativ halları işıqlandırsaq da, aidiyyəti qurumlar heç bir tədbir görmürlər. Özəl xəstəxana olduğundan xəstələr burada soğan kimi soyulurlar. Şikayətçilərdən biri bildirir ki, orada diş çəkdirmək 50 manatdan başlayır. Bu isə sözün əsl mənasında soğunçuluqdur. Adi bir dişin çıxarılması 50 manatdırsa, görün, digər tibbi xidmətlərin qiyməti nə qədərdir? Vətəndaşlar bildirirlər ki, bu klinikada sözün əsl mənasında qiymətlər həddən artıq yüksəkdir. Görülən xidmət isə heç də keyfiyyətli deyil. Qeyd edək ki, metronun N.Nərimanov stansiyasının yaxınlığında, daha dəqiq desək, Nərimanov rayonu 1959-cu məhəllədə yerləşən və yeddi mərtəbədən ibarət olan В«OksigenВ» Klinik Xəstəxanasının birinci mərtəbəsində laboratoriya şöbəsi, analizlərin qəbulu otağı, rentgen, kompyuter tomoqrafiyası, USM kabinələri, ikinci mərtəbədə stomaoloji, pediatriya, cərrahi, vertebroloji, nevroloji, ginekoloji, qastroenteroloji, allerqoloji, pulmonoloji və dermatoloji kabinələr yerləşir. Üçüncü mərtəbədə əsasən diaqnostik kabinələr, yəni funksional kardioloji, EKQ, rəngli dopleo-exokardioqrafiya, kolonoskopiya, qastroskopiya və lor, travmatoloji, ortopedik, revmatoloji kabinələri yerləşir. Dördüncü mərtəbə doğum şöbəsindən, beşinci mərtəbə stasionar şöbəsindən ibarətdir. Altıncı mərtəbədə isə əməliyyatxana və reanimasiya yerləşir.

Əldə etdiyimiz məlumata görə, burada çalışanlar peşəkar kadrlar deyillər. Əksəriyyəti Əhməd Vəliyevin öz yaxın adamlarıdır. Elə işçilər var ki, tibbi təhsili belə yoxdur. Lakin xəstəxanada həkim, tibb bacısı kimi fəaliyyət göstərirlər. Ona görə də xəstələrin heç biri bu xəstəxanadan razı deyillər. Aylarla burada müalicə alan xəstələr var ki, səhhətlərində heç bir irəliləyiş yoxdur. Xəstələri get-gələ salırlar. Hər dəfə bahalı-bahalı dərmanlar yazırlar. Amma heç bir nəticə yoxdur. Bundan başqa, millət vəkilinə məxsus tibb müəssisəsində səhlənkarlıqlar, həkim məsuliyyətsizliyi baş alıb gedir.Təəssüflər olsun ki, səhlənkarlığa yol verən, ayrı-ayrı insanların vaxtsız dünyalarını dəyişmələrinə yol açan səhiyyə işçiləri yalnız bir çox hallarda ya tutduqları işdən kənarlaşdırılmaqla, ya da ki, 6 aylıq müddətində öz işlərindən müvəqqəti olaraq cərrahiyyə əməliyyatlarına buraxılmamaqla "cəzalandırılmalı” olurlar. Bundan başqa etibarlı mənbələrin verdiyi məlumata görə, ən çox ana və uşaq ölümləri bu xəstəxanada baş verir. Lakin Vəliyevin himayadarlığı ilə belə xəbərlər mətbuatdan yayındırılır. Bu da Vəliyevlərin imicinə xələl gəlməməsi üçün əvvəlcədən görülən tədbirlərdir. Lakin etibarlı mənbələr daim qəzetimizi bu tip informasiyalardan məlumatlandırır.

Ümid edirik ki, yazdıqlarımız mətbuat vasitəsilə aidiyyəti qurumlara çatacaq. Məmura məxsus tibb müəssisəsində nələr baş verir araşdırılacaq. Və lazımi adamlar öz cəzalarını alacaqlar.

В«Gündəlik BakıВ»

Geri qayıt