Əsas Səhifə > Güney Press / Manşet / Ana xəbər > Mikayıl Cabbarov Aqiyə Naxçıvanlını bitirir - Nazirlik AMİ-də təftiş aparacaq

Mikayıl Cabbarov Aqiyə Naxçıvanlını bitirir - Nazirlik AMİ-də təftiş aparacaq


25-02-2014, 15:17
Mikayıl Cabbarov Aqiyə Naxçıvanlını bitirir - Nazirlik AMİ-də təftiş aparacaq
DİA.AZ: - Təhsil sistemindəki böhranlı durum artıq züquq-mühafizə orqanlarının da diqqətini yetərincə cəlb edib. Xüsusən də Azərbaycan Müəllimlər İnstitutunun filiallarında yaşanılan böhranlı vəziyyət.

Artıq davamlı şəkildə AMİ-nin ayrı-ayrı filial işçilərinin həbs olunması xəbərinə alışqın olan cəmiyyət üçün bir xəbər də var. DİA.AZ-a təhsil nazirliyindəki mötəbər mənbələrdən daxil olan informasiyada bildirilir ki, nazirlik Aqiyə Naxçıvanlının rektoru olduğu AMİ-də ciddi təftiş qərarı verib.

Xəbəri verən qaynaq iddia edir ki, artıq В«yuxarılarВ» da deputat-rektorun fəaliyyətindən narazı olduqlarından təhsil naziri Mikayıl Cabbarova AMİ ilə bağlı addımlarına xeyir-dua veriblər.

Xatırladaq ki, Mikayıl Cabbarovun iki rektora qarşı hərəkətə keçməsi barədə bu günlərdə məlumat yayılıb. Onlardan biri Aqiyə Naxçıvanlı, digəri isə Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovdur.

Geri qayıt