Əsas Səhifə > Güney Press / Manşet > Əfv fərmanı heç də hamının ürəyincə deyil
Əfv fərmanı heç də hamının ürəyincə deyil24-02-2014, 16:35 |
![]() DİA.AZ: - Novruz bayramı ərəfəsində əfv fərmanının imzalanması gözlənilir. Artıq bu barədə yerli mətbuatda müəyyən informasiyalar verilib. DİA.AZ-a daxil olan xəbərdə bildirilir ki, əfv fərmanı ilə bu dəfə tanınmış məhbusların əksəriyyətinin azadlığa çıxması gözlənilir. Mənbənin söylədikləri: В«Doğrudur, bu əfv fərmanına hakimiyyət içində mane olmaq istəyən qüvvələr var. Məlumdur ki, hakimiyyət daxilində bir neçə güc sahibi var və onlar verilən qərarlara təsir imkanına malikdirlər. Novruz bayramı ərfəsində də veriləcək əfv fərmanı ilə kimlərin azadlığa çıxacağı məhz qruplaşmaların maraq toqquşmasından birbaşa asılıdırВ». Mənbə iddia edir ki, hazırda həbsdə saxlanılan iki tanınmış dustaq var ki, onlar kokret olaraq iqtidariçi qruplaşmalardan birinin hədəfindədir: В«Hətta bu günlərdə həmin dustaqlardan biri ilə saxlanıldığı cəzaçəkmə müəssisəsinin rəhbərliyi arasında yaşanılan polemikada da bu məqama toxunulubВ». Mənbəmiz əlavə edir ki, amma buna rəğmən yaxın günlərdə əfv fərmanı imzalanacaq: В«Novruz bayramı ərfəsində tanınmışların çoxu həbsdən azad ediləcək. Onların arasında ömürlül cəza çəkən məhbuslar da varВ». Geri qayıt |