Əsas Səhifə > Güney Press / Ana xəbər > Qazax sakinləri yerli teatra boşuna pul ayrlıldığını iddia edirlər

Qazax sakinləri yerli teatra boşuna pul ayrlıldığını iddia edirlər


24-02-2014, 13:24
Qazax sakinləri yerli teatra boşuna pul ayrlıldığını iddia edirlər
Qazax Dövlət Dram Teatrının vəziyyəti acınacaqlıdır.

Salamnews-un bölgə müxbirinin verdiyi xəbərə görə, teatrın fəaliyyət göstərdiyi ərazidə rayon ziyalıları və gəncləri arasında teatrın fəaliyyəti ilə bağlı sorğu keçirilib. Sorğu zamanı sakinlər Qazax teatrının professionallıqdan kənar olduğunu, teatrın adı olsa da, özünün fəaliyyət göztərmədiyini deyiblər. Bəzi ziyalılarımız isə teatrın təbliğatının zəif olduğunu bildiriblər.

Qazax Dövlət Dram teatrının direktoru Saqif İsgəndərov teatrı tanımayan, teatrın professional şəkildə fəaliyyət göstərmədiyini deyən gəncləri tənqid atəşinə tutub. Teatr rəhbəri həmin gəncləri çay evlərində və qumarxanalarda günlərini keçirməkdə günahlandırıb.

Xatırladaq ki, Qazax Dövlət Dram Teatrında 72 işçi fəaliyyət göstərir. Onlardan 20-si aktyordur.


Geri qayıt