Əsas Səhifə > Güney Press / Ana xəbər > Bəşər Əsədin əsgərləri Suriyada daha bir azərbaycanlını öldürdü

Bəşər Əsədin əsgərləri Suriyada daha bir azərbaycanlını öldürdü


24-02-2014, 10:33
Bəşər Əsədin əsgərləri Suriyada daha bir azərbaycanlını öldürdü
Suriyada Bəşər Əsəd qüvvələrinə qarşı vuruşan azərbaycanlı Əsgərov Rüstəm həlak olub. ANS PRESS-in məlumatına görə, Mədinə İslam Universitetini bitirən Əsgərov Rüstəmin 20 ildən artıq Azərbaycanda İslama çağırışçıların siyahısında yer aldığı bildirilir.

4 il həbsdə yatan Rüstəmin Əfqanıstan və Çeçenistanda önəmli fəaliyyət göstərdiyi vurğulanıb. Ə. Rüstəmin Suriyada Ahraruş Şam İslami Mübarizə qrupunda 2 il mübarizə apardığı barədə məlumatlar verilib.

Əsgərov Rüstəm Hələbdə Əsəd qüvvələrinin havadan endirdikləri zərbələr nəticəsində həlak olub.

Geri qayıt