Əsas Səhifə > Güney Press / Manşet > Hamı direktorun ad gününə SƏFƏRBƏR OLUB...
Hamı direktorun ad gününə SƏFƏRBƏR OLUB...22-11-2023, 16:30 |
|
Bakı məktəbində direktorun doğum günü ilə bağlı pul yığıldığı iddia olunur. Söhbət Xəzər rayonu Türkan qəsəbəsində yerləşən 262 saylı tam orta məktəbdən gedir. Bu barədə Bizim.Media-ya Türkan qəsəbə sakini, “Yeni baxış ictimai nəzarət” təşkilatının mətbuat katibi Vüqar Əmirov məlumat verib. Bildirdiyinə görə, məktəbin direktoru Kəmalə Babayevanın noyabrın 24-də doğum günü ilə bağlı müəllim heyəti və şagirdlər arasında pul yığılır: “Ayın 24-ü direktorun ad günüdür. İbtidai siniflərdə hər şagirddən 2 manat, yuxarı siniflərdən 3-5 manat, hansısa məbləğdə isə müəllimlərdən pul yığılır”. Məsələ ilə bağlı 262 saylı orta məktəblə əlaqə yaratdıq. Direktor Kəmalə Babayeva Bizim.Media-ya açıqlamasında məsələdən yeni xəbərdar olduğunu bildirib: “Bunu sizdən eşidirəm. Zəhmət olmasa, Bakı şəhər Təhsil İdarəsi ilə əlaqə yaradın”. Direktor doğum gününün noyabrın 24-də olub-olmaması sualımızı isə nə təsdiq, nə də inkar edib. Məsələ ilə bağlı Bakı Şəhər Təhsil İdarəsindən sorğumuza cavab olaraq, məsələnin araşdırılacağı bildirilib. Mövzunu diqqətdə saxlayacağıq... Geri qayıt |