Əsas Səhifə > Güney Press / Manşet / Ana xəbər > Qazax sakinləri öz deputatlarını axtarır: "Əhməd hardadır" şüarı divarlara yazıldı

Qazax sakinləri öz deputatlarını axtarır: "Əhməd hardadır" şüarı divarlara yazıldı


21-02-2014, 16:34
Qazax sakinləri öz deputatlarını axtarır: "Əhməd hardadır" şüarı divarlara yazıldı
Qazaxın sakinləri özlərinin deputatlarını axtarırlar, hətta bu rayonun sakinləri onun adını isə divarlara yazıblar.

Bununla bağlı əldə etdiyimiz maraqlı məlumata görə, düşmənlə üz-üzə yerləşən, cəbhə rayonlarından olan Qazaxın camaatı bu inzibati ərazi vahidinin seçki dairəsindən deputat seçilmiş Əhməd Vəliyevin axtarışlarına çıxıblar. Hətta iş o həddə çatıb ki, Odlar Yurdu Universitetinin rektorunu tapanlara В«mükafatВ» də vəd edirlər.

Həmçinin rayonun mərkəzindəki bir sıra küçələrdə В«Əhməd haradadır?В» sözləri yazılmış divarlar diqqəti çəkir. Qeyd edək ki, Qazax rayonunun sakinləri rektor-deputat Əhməd Vəliyevin seçiləndən sonra rayona gəlmədiyi və onların problemləri ilə məşğul olmadığı bildirilir. Qeyd olunur ki, elə bu səbəbdən rayonun mərkəzindəki divarlara В«Əhməd Haradadır?В» sözləri yazılıb. Odlar Yurdu Universitetinin rektoru 2010-cu ilin parlament seçkilərində namizədliyini Xətai rayonundan irəli sürmüşdü. Lakin sonradan qərarını dəyişərək, Qazaxa üz tutdu. Qazax seçicilərinin problemli günləri də elə həmin seçkidən sonra başladı.
\\ xalqxeber.az \\
Geri qayıt