Əsas Səhifə > Güney Press / Ana xəbər > Əhməd Əhmədzadənin Beyləqandakı adamı büdcəyə qənim kəsilib
Əhməd Əhmədzadənin Beyləqandakı adamı büdcəyə qənim kəsilib21-02-2014, 12:15 |
|
Beyləqan rayonundan azərinfo.org verilən məlumata görə rayonun kənd təsərrüfatı yararlı torpaqlarınnın böyük bir hissəsi yarasız vəziyyətə düşüb. Kənd təsərrüfatı torpaqlarının yararsız vəziyyətə düşməsinin əsas səbənlərindən biri ərazilərin sürətlə şoranlaşmasıdır. Məlumatda bildirilir ki, əkin sahələrində şoranlaşmanın sürətlə artmasının səbəbi rayon Melorasiya İdarəsinin işləməməsidir. Belə ki, Nadir Əliyevin rəhbərlik etdiyi Beyləqan Meliorasiya İdarəsi hər il dövlət büdcəsindən aldəğı yüz minlərlə manat vəsaiti kənd təsərrüfatına yararlı torpaq sahələrinin ətrafında yerləşən drenlərin təmizlənəsi adı altında silərək mənimsəyir. Əslində isə drenlərin təmizlənməsi üçün heç bir iş görülmür və bütün işlər kağız üzərində həyata keçirilir. Məlumatda göstərilir ki, keçən il Beyləqan Melorasiya İdarəsinə 250 min manatdan çox vəsait ayrılıb. Həmin vəsaitlər aftomobil ehtiyyat hissələri və digər cari işlər adı altında silinərək mənimsənilib. Mənbə bildirir ki, hal hazırda Beyləqan rayonun Milabad, Talıbxanlı, Karyer, Tatallar, Eyvazallar, Əlnəzərli, Qarallar, Binnətli kəndlərinin əkin sahələrinin demək olar, yarı hissəsi şoranlaşıb. Rayon Meliorasiya İdarəsi isə hər il saxta sənədlər tərtib edərək bir çox kəndlərdən keçən drenlərin təmizlənməsi adı altında isə külli miqdarda vəsait mənimsəyir. Melorasiya idarəsinin təmizlədiyi drenləri təhvil alan rayon Suvarma Sisitemləri İdarəsinində bu maxinasiyada iştirakçı olduğu qeyd olunur. Belə ki, Melorasiya İdarəsinin müdiri Nadir Əliyev idarənin texnikalarını drenlərin təmizlənməsi işinə yönləndirmək əvəzinə özəl şirkətlərdən pul alaraq texnikanı həmin şirkətlər üçün işlədir və bu yolla ay ərzində 3-5 min manat arası qazanc əldə edir. Mənbə qeyd edir ki, Melorasiya İdarəsinin müdiri il ərzində drenlərin təmizlənməsi əməliyyatəndan yüz min manatdan artıq dövlət vəsaiti mənimsəyir. Qeyd edək ki, Beyləqan Melorasiya İdarəsinin həyata keçirdiyi drenlərin, kiçik kanalların təmizlənməsi əməliyyatının ortağı olan rayon Beyləqan Suvarma Sisitemləri İdarəsi ilə bağlı redaksiyamıza göndərilən məlumatlar dəqiqləşdirildikdən sonra oxucularımıza təqdim edəcəyik. Qarşı tərəfin mövqeini dərc etməyə hazırıq… Geri qayıt |