Əsas Səhifə > Güney Press / Manşet > Lerik sakinləri icra başçısı ilə deputatı hədələdilər

Lerik sakinləri icra başçısı ilə deputatı hədələdilər


20-02-2014, 18:33
Lerik sakinləri icra başçısı ilə deputatı hədələdilər
DİA.AZ: - Lerikdə vəziyyət heç də ürəkaçan deyil. Belə ki, yerli sakinlər deputat İqbal Məmmədovdan şikayətçidirlər. Bu barədə DİA.AZ-a yazan narazı vətəndaşlar bildirir ki, çoxdandır əllərini icra başçısı Rövşən Bağırovdan üzüblər və ondan hansısa problemlərinin həllinə yardım gözləmirlər.

Sakinlər yazır: В«Rövşən Bağırovdan əlimizi üzmüşük. Çünki bu adama dəfələrlə müraciət etmişik ki, artıq Lerikdə adam qalmayıb, köçən köçənədir. Bir yandan da kürdlərə rayonda yer edirlər. Yerli camaat acından qırılır, amma əvəzində Türkiyədən, İrandan, Suriyadan, İraqdan köçürülən kürdlər bəy kimi yaşayırlar.

Biz də icra hakimiyyətinə şikayət etmişik. Amma bizi eşidən yoxdur. Məcbur qalıb deputatımız İqbal Məmmədova ağız açdıq, inandıq ki, kifayət qədər imkanı olan İqbal müəllim Lerikdə doğulmuş bir şəxs kimi hansısa qəpik-quruşun şirinliynə tamahlanıb yerli sakinlərin şikayətlərini qulaqardına vurmaz.

Amma nahaq yerə ona ümid etmişik. Bilməli idik ki, illərdir Lerik camaatının hesabına varlanan İqbal Məmmədov öz kimliyini çoxdan unudub, pula boyun əyibВ».

Sakinlərin sözlərinə görə, bu gün hansısa Lerik sakininin İqbal Məmmədovun qəbuluna düşməsi problemdir: В«Bu günlərdə iki oğlu türmədə olan bir anna İqbal Məmmədovla görüşməyə nə qədər cəhd elədisə, alınmadı. Şikayəti yerli məmur özbaşınalığından idi. Biz başa düşə bilmirik, kimə dərdimizi deyək. Əgər icra başçısı, deputat bizi eşitmirsə, öz keflərindədirlərsə, o zaman biz nə etməliyik»…

Sakinlər sonda bildirirlər ki, bu gün Lerikdə durum çətinləşib: В«Əgər günlərin birində Lerik camaatı icra hakimiyyətinə yürüş edib, başçı qarışıq, orda oturanları çölə atsa, buna görə məsuliyyəti Rövşən Bağırovla İqbal Məmmədov daşıyır. Nə qədər gec deyil, insanların heç olmasa dərdlərini dinləməyi öyrənsinlərВ».

Qarşı tərəfi də dinləməyə hazırıq…

Geri qayıt