Əsas Səhifə > Güney Press / Manşet > Yevlaxda kənd məktəbinin işığını kəsdilər – Əhali etiraza qalxdı

Yevlaxda kənd məktəbinin işığını kəsdilər – Əhali etiraza qalxdı


20-02-2014, 15:37
Yevlaxda kənd məktəbinin işığını kəsdilər – Əhali etiraza qalxdı
DİA.AZ: - Bütün ölkə üzrə vəziyyə günü gündən şiddətlənir. Artıq sosial problemlər insanları küçələrə daşıyır. Daha bir gərginlik ocağının isə Yevlax rayonu ola biləcəyi şübhəsizdir. Bu gün günorta saatlarında Yevlax rayonundan DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, rayonda məmur özbaşınalığı pik həddinə çatıb. Artıq yerli sakinlər icra strukturlarının, bələdiyyələrin min bir bəhanə ilə xalqı talamasına dözmək niyyətində deyillər.

Rayondakı qaynaq bildirir ki, səhər saatlarında Bəydilli kəndindəki orta məktəbin müəllimləri və kənd camaatı ayağa qalxıblar. Səbəbsə məktəbə verilən elektrik enerjisinin kəsilməsi, məktəblilərin soyuq otaqlarda dərs keçməsi olub.

Mənbə bildirir ki, elektrik enerjisinin bərpasını tələb edən sakinlərdən yerli bələdiyyənin sədri 60 manat pul tələb edib: В«Müəllimlərə bildirib ki, həmin pulu şagirdlərdən yığsınlar və bundan sonra məktəbə gələn kabel dəyişdiriləcəkВ».

Artıq kənd sakinlərinin rayon mərkəzinə şikayətə getdiyi də bildirilir. Mövzu diqqətimizdədir.

Geri qayıt