Əsas Səhifə > Güney Press / Ana xəbər > ARDNŞ Rusiya şirkəti ilə necə dil tapdı?
ARDNŞ Rusiya şirkəti ilə necə dil tapdı?20-02-2014, 12:09 |
![]() Dövlət Neft Şirkəti Rusiyanın “Transneft” şirkəti ilə Azərbaycan neftinin Rusiyadan daşınması üzrə yeni müqavilə imzalayıb və bunun faydalı kommersiya şərtləri əsasında həyata keçirildiyini bəyan edib. Marketinq və investisiyalar üzrə vitse-prezident Elşad Nəsirov deyib ki, 2014-cü ildə Azərbaycan Bakı-Novorossiysk boru xətti ilə 1-1,5 milyon ton neft daşımaq niyyətindədir. Neft məsələləri üzrə ekspert İlham Şaban “Media forum”a açıqlamasında qeyd edib ki, “Transneft” fevralın 14-də əvvəlki müqaviləyə xitam verib, amma 3 gün ərzində şirkətlər hər iki tərəfi qane edəcək razılığa gələ biliblər: “Əvvəlki tarif 1 ton üçün 15,67 dollar idi. Rusiya ərazisində Azərbaycan neftinin daşınması üçün tarif 16 il ərzində dəyişməz qalmışdı. “Transneft” tarifin iki dəfə artırılmasının istəyirdi. Buna cavab olaraq Azərbaycan keyfiyyət bankı tələbi irəli sürürdü. Rusiya isə ARDNŞ-nin kəmərə 5 milyon ton neft vurması şərti qoyurdu. Çox güman ki, Azərbaycan keyfiyyət bankı tələbini geri götürüb, “Transneft” də həcm məsələsini gündəlikdən çıxarıb. Beləliklə, tərəflər Azərbaycan neftinin təqribən 30 dollardan daşınmasına razılaşıblar. Bu tarif ARDNŞ-ni qane edir, çünki Bakı-Tbilisi-Ceyhan xəttindəki daşımadan ucuzdur”. Geri qayıt |