Əsas Səhifə > Güney Press / Manşet > Nazim İbrahimov özünə gülünc müdafiə qalası qurub
Nazim İbrahimov özünə gülünc müdafiə qalası qurub19-02-2014, 15:49 |
![]() DİA.AZ: - Bir neçə gün əvvəl Diasporalarla iş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov və yaxınları ictimai diqqət mərkəzinə gəldilər. Söhbət onların əllərindəki sərvətlərdən və bu sərvətlərə yanaşmadan gedir. Sanki yer dağıldı, göy çökdü. Hər halda, Nazim İbrahimovun və çevrəsinin bu materiala verdiyii qiymətdən anlaşılanı bu idi. Adam özü barəsində hətta əzabkeş obrazı yaratmağa da qalxdı. Təsəvvür edin, В«AvestaВ» konserninin - Xəzərdə 75 min sakini olacaq bir adanı tikən şirkətin sahibinin qardaşı mətbuata belə bir informasiya ötürürür ki, guya kirayədə qalırmış. Eşq olsun, vallah… Bu şəkildə müdafiə… artıq gülməlidir. Ola bilsin ki, Nazim İbrahimov həqiqətən də ehtiyac içindədir və ailəsini yalnız dövlət komitəsindən aldığı rəsmi maaşla dolandırır. Bu, ola bilər… amma inandırıcı deyil axı… Çünki hər kəs yaxşı bilir ki, onun-bunun evini əlindən alan Hacı İbrahim Nehrəmlinin qardaşı quru yurdda qala bilməz. Hətta 100 mərtəbəli villası yansa belə… Yeri gəlmişkən, Nazim İbrahimovun mətbuatı ilk olaraq onun və oğlu barəsində məlumatı yayan Eynulla Fətullayevi hədəfə çevirdi. Hətta onu ermənilərə belə işləməkdə suçladı. Olsun. Bu, artıq Fətullayevin cavab verəcəyi müstəvidir. Amma bir məsələ də var ki, hər kəs bu mövcuda danışa bilər. Cənab İbrahimov, SİZ HƏQİQƏTƏNDƏMİ İDDİA ETDİYİNİZ KİMİ KASIBSINIZ? Elə isə, bu yazının müəllifi olaraq hazırda sizə imkanım çatan qədərində - 10 manat həcmində yardım edə bilərəm. Ən azından aylıq kirayə pulunuzu ödəmək üçün… Çünki mən də kirayədə qalıram və kirayədə qalmağın nə olduğunu yaxşı bilirəm. Ağlınız qardaşınız İbrahimə getməsin… Onun adası var… Azər - DİA.AZ Geri qayıt |