Əsas Səhifə > Güney Press / Manşet / Ana xəbər > Vəhabilər Şeyxə niyə nifrət edirlər? - QMİ sədrindən Səudiyyə Ərəbistanına şikayət

Vəhabilər Şeyxə niyə nifrət edirlər? - QMİ sədrindən Səudiyyə Ərəbistanına şikayət


19-02-2014, 15:14
Vəhabilər Şeyxə niyə nifrət edirlər? - QMİ sədrindən Səudiyyə Ərəbistanına şikayət
DİA.AZ: - Hələ də Allahşükür Paşazadənin vəhabilər və nurçularla bağlı söylədikləri əks cinahda elə qəzəb yaradıb ki, bu gün də Qafqaz Müsəlmanları İdarəsinin sədrinə qarşı kampaniya aparan qüvvələr ciddi şəkildə mütbatın diqqətini cəlb etməyə çalışırlar. Nə baş verir? Doğrudanmı Allahşükür Paşazadənin vəhabi və nurçularla bağlı söylədikləri onlara bu qədər təsir edib?

Bununla bağlı DİA.AZ-a danışan məlumatlı mənbə iddia edir ki, əslində Şeyxi topa tutan dairələr konkret olaraq vəhabilərdir: В«Onlar elə bir təəssürat yaratmağa çalışırlar ki, sanki bu kampaniyaya nurçular da cəlb olunub. Hətta ara-sıra öz informasiyalarını Türkiyə türkcəsində də yollayırlar. Amma bütün bunlar iz azdırmaq üçündür.

Bu gün Azərbaycanda böyük imtiyazlara malik olan nurçuların Şeyxin bir sözündən inciyəsi komfortları yoxdur. Amma vəhabilər artıq QMİ sədri ilə bütün əlaqələrini kəsiblər. Şeyxin artıq onlara bağlı olmayan, onlardan asılı olmayan əlaqələri var. Və bu əlaqələri hesabına Səudiyyə Ərəbistanı və Küveytlə münasibətlərini qururВ».

Mənbəmiz bu arada maraqlı bir iddia ilə də çıxış edib: В«Bu gün Azərbaycanda var olan vəhabilər Şeyxdən Səudiyyə Ərəbistanına şikayət ediblər. Artıq bu şikayət ünvanına çatıb və Ərəbistandakılar Şeyxin səfərini gözləyirlər ki, ondan hesab sorsunlarВ».

Geri qayıt