Əsas Səhifə > Güney Press / Ana xəbər > Hacı Adil məcburi köçkünün 30 ton taxılını necə mənimsəyib?
Hacı Adil məcburi köçkünün 30 ton taxılını necə mənimsəyib?19-02-2014, 09:00 |
![]() Redaksiyamıza müraciət edən Füzuli rayon sakini, hazırda Beyləqan rayon Əlibala Şükürov küçəsi ev 28 də yaşayan Nərimanov Qəhrəman Fərman oğlu Bakının Suraxanı rayonunda yaşayan biznemen Hacı Adil tərəfindən 30 ton taxılını mənimsənildiyini deyir. JUR.Az-ın redaksiyasına müraciət edən Qəhrəman Nərimanov böyük zəhmət hesabına əldə etdiyi taxıl məhsulunun hacı Adil adlı şəxs tərəfindən mənimsənildiyini deyir. Onun sözlərinə görə, adıçəkilən şəxs Bakının Suraxanı rayonu yeni Günəşli ərazisində böyük dəyirman işlədir: “30 ton taxıl məhsulum var idi. 2010-cu ildə qərara gəldim ki, aparıb Bakıda satım. Oğlumun yük maşınına yığıb apardıq Bakıda satmağa. Məhsulu Yeni Günəşli ərazisindəki dəyirmana təhvil verdik. Oranın sahibinin adı hacı Adildi. Ümumiyyətlə, Adil adlı şəxs böyük dəyirmanlara sahibdir. Onun dəyirmanına təhvil verdiyimiz məhsulun pulunu bu günə kimi ala biməmişəm. Təhvil verdiyim məhsula görə, o, mənə bir dəfə 500 mannat, bir dəfə isə 500 ABŞ dolları pul verib. Sizdən xahiş edirəm ki, problemi işıqlandırasınız” Sayt əməkdaşı 30 ton taxılı qəbul edən Yaşar adlı mühasiblə əlaqə saxlayıb. O, Hacı adlı dəyirman sahibi ilə işlədiyini təstiqləyib. Şikayətçinin adını çəkər-çəkməz qarşı tərəf bu ifadələri işlədib: O adama Rüstəm adlı şəxs borcludur. Gedin ona zəng vurun. Bu sözləri işlətdikdən sonra telelfonu qapayıb. Onu da əlavə edək ki, Rüstəm adlı şəxs hacı Adilə pul borcludur. Hacı Adil də məhz Qəhrəman Nərimanova olan borcunu da Rüstəmin hesabına ödəmək istəyir. Amma Rüstəm adlı şəxs taxılı əlindən çıxan vətəndaşa pul ödəmir. Şikayətçi onu da qeyd edib ki, yaxın günlərdə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə və digər aidəiyyəti orqanlara şikayət edəcək. Sonda onu da əlavə edək ki, hacı Adil Suraxanı rayonunda adlı-sanlı şəxslərdəndir. Sözügedən məqalədə adıçəkilən şəsin mövqeyini dərc etməyə hazırıq; mövzuya qayıdacıq. Geri qayıt |