Əsas Səhifə > Güney Press / Manşet > Zakir Fərəcov torpaq maxinasiyasını ört-basdır etməyə çalışır
Zakir Fərəcov torpaq maxinasiyasını ört-basdır etməyə çalışır18-02-2014, 17:13 |
|
DİA.AZ: - Bir qədər əvvəl məlumat vermişdik ki, Abşeron rayonu Ceyranbatan bələdiyyəsində çox ciddi pozuntu faktı aşkarlanıb. Pozuntu bələdiyyənin mülkiyyətində olan otlaq sahələri əhaliyə fərdi yaşayış evləri inşa etmək üçün satılıb. Bundan sonra isə vətəndaşlar aldıqları torpaqların mülkiyyət hüququnu rəsmiləşdirmək üçün Abşeron Rayon Torpaq Şöbəsinə müraciət ediblər. Lakin onlar sənədləri ala bilməyiblər. Ceyranbatan bələdiyyəsinin sədri Cavanşir Zeynalova bu faktla bağlı xəbərdarlıq edilib. Otlaq sahəsi olan satışı qadağan edilən ərazilərlə bağlı dərhal sakinlərlə danışıqlar başlayıb. Lakin hələ də narazı olan vətəndaşldar var. Aldığımız məlumata əsasən aldadılmış vətəndaşlar rəsmi qurumlara şikayətlər də ünvanlayıblar. Lakin onların şikayətləri hələlik müsbət həllini tapmayıb. DİA.AZ bildiriri ki, gundeminfo.az-a daxil olan məlumata əsasən Abşeronun icra başçısı Zakir Fərəcov bələdiyyə sədrini bir müddət müdafiə etsə də, faydası olmayıb. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov isə Abşeron rayonun yeni kadastr planı ilə bağlı olaraq sənədləri yeniləşdirmə göstərişləri verib. Lakin Ceyranbatanla yanaşı Abşeron rayonunun Şamaxı istiqamətində olan torpaqlarının təyinatı üzrə istifadə edilməməsi faktları da ortaya çıxdığından iş böyüyüb. Hələliksə, Zakir Fərəcov Cavanşir Zeynalovu müdafiə edir. Aldadılan vətəndaşlar da əziyyət çəkirlər. Araşdırmalarımız davam edir. Abşeron rayonundakı otlaq sahələrinin icraəyə verilməsi ilə bağlı olaraq ortaya çıxan digər faktları da təqdim edəcəyik. Bizi izləyin. Geri qayıt |