Əsas Səhifə > Güney Press / Manşet / Ana xəbər > Zakir Həsənovdan ali baş komandana şikayət olunacaq

Zakir Həsənovdan ali baş komandana şikayət olunacaq


18-02-2014, 15:00
Zakir Həsənovdan ali baş komandana şikayət olunacaq
DİA.AZ: - Müdafiə Nazirliyi tərkibində vəziyyət heç də ürəkaçan deyil. Bu barədə DİA.AZ-a hərbi mənbələrdən informasiya daxil olub.

Məlumatı verən qaynaq iddia edir ki, Zakir Həsənov nazir postuna təyin edildikdən sonra Səfər Əbiyevin dövründə heç bir söz hüququ olmayan baş qərargahın rəisi Nəcməddin Sadıkov keçmiş nazirin ən yaxın adamlarını bir-birinin ardından qurban kimi yola saldı.

Mənbənin söylədikləri: В«Nəcməddin Sadıkov hətta bu yolla Azərbaycanın müdafiə qüdrətinə, hərbi gücünə də ciddi zərbə vurdu. Çünki yola salınanlar arasında kifayət qədər peşəkar hərbçilər də var idi. Amma ağına-bozuna baxmadılar. Səfər Əbiyevə yaxın olduqlarından hamısı ucdantutma işdən alındıВ».

Mənbə iddia edir ki, artıq bu dəyişikliklərin orta zabit heyəti ranqına qədər endirilməsi narazılıqlara səbəb olub: В«Yəni üst heyətdə dəyişikliklər demək olar ki, başa çatıb. İndi də Səfər Əbiyevə yaxın olan orta ranqlı zabitlər hədəfə alınıb. Başa düşülmür ki, Zakir Həsənov Azərbaycan ordusunu möhkəmləndirir, yoxsa Nəcməddin Sadıkovun şəxsi ambisiyalarını həyata keçirirВ».

Mənbə iddia edir ki, bu gün faktiki olaraq Nəcməddin Sadıkovun iradəsindən asılı vəziyyətə düşən Zakir Həsənovun bu əməlləri ilə bağlı bir qrupp zabit adından ali baş komandana müraciət də hazırlanır.

Qarşı tərəfi də dinləməyə hazırıq…

Geri qayıt