Əsas Səhifə > Güney Press / Ana xəbər > “Semaşko”da vətəndaşdan 500 manat rüşvət aldılar

“Semaşko”da vətəndaşdan 500 manat rüşvət aldılar


18-02-2014, 14:41
“Semaşko”da vətəndaşdan 500 manat rüşvət aldılar
“Bakıdakı “Semaşko” adına xəstəxanada özbaşınalıq və soyğunçuluq kəllə-çarxa çıxıb”. Bunu JAM.AZ oxucularından biri deyib.

Gəlinini kor bağırsaqdan əməliyyat etdirən zaman üzləşdiyi mənzərədən dolayı şikayətçi düşən oxucumuz bildirib ki, “Semaşko”da ondan 500 manat pul alıblar. “ Həmin pulun 400 manatı Ədalət həkimə, 100 manatı da digərlərinə verildi. İynə, dərmanları da özümüzə aldırdılar”.

Səhiyyənin pulsuz olduğnu vurğulayan şikayətçi qeyd edib ki, bununla bağlı heç bir quruma hələlik şikayət etməyib. “Həkim deyir ki, biz heç kimlə işləmirik. Biz özümüz özümüz üçün qiymət qoyuruq”.

Kasıb ailə olduqlarından bu məbləği düzəltmək üçün çox əziyyət çəkdiklərini bildirən vətəndaş Səhiyyə Nazirliyinə müraciət edərək, belə halların qarşısını almaq üçün tədbir görməsini tələb edib.

Geri qayıt