Əsas Səhifə > Güney Press / Ana xəbər > Məmur özbaşınalığı insanların həyatını təhlükəyə atır

Məmur özbaşınalığı insanların həyatını təhlükəyə atır


18-02-2014, 12:39
Məmur özbaşınalığı insanların həyatını təhlükəyə atır
Biləsuvar rayonunun içməli çay hövzəsi məişət tullantıları ilə çirkləndirilib.

SalamNews-un bölgə müxbirinin məlumatına görə, Balharı çayının suyundan əvvəllər yerli sakinlər məişətdə istifadə etsələr də, sahilboyu ərazidə yaşayan insanlar məişət tullantılarını bu çaya atdıqları üçün çayın Biləsuvar rayonundan keçən hissəsi kanalizasiya rolunu oynamağa başlayıb.

Ətrafda yaşayan sakinlərlə söhbət zamanı məlum olub ki, bu ərazidə zibillərin təmizlənməsinə nəzarət yox səviyyəsindədir. Yaşayış məntəqəsinə zibillərin atılması üçün xüsusi qablar qoyulmadığından insanlar çıxış yolunu tullantıları bu su hövzəsinə atmaqda görür. Nəticədə 2 su hövzəsinin, Əzizbəyov kanalı ilə Balharı çayının kəsişdiyi ərazi illərlə yığılmış zibil tullantıları ucbatından antisanitariya mənbəyinə çevrilib.

Vəziyyətlə bağlı rayon Kamunal Su Təsərrüfatı İdarəsi məsuliyyəti boyunlarından ataraq sakinlərin tullantıların daşınması üçün müvafiq müqavilələrinin olmamasını dəlil kimi gətirib.

Ümumiyyətlə, burada yayıla biləcək hər hansı xəstəliklərin suyun axını ilə yayılma risqi böyükdür. Bundan başqa, bu axar su hövzəsinin köçəri quşların əsas məkanı olan Mahmudçala ərazisinə axdığını nəzərə alsaq, deməli çayın durumu insan həyatı ilə yanaşı köçəri quşların da həyatını təhlükə altında qoyur.

Geri qayıt