Əsas Səhifə > Güney Press / Manşet > Yasamal və Bakı icra hakimiyyətləri cavab verməli olacaq

Yasamal və Bakı icra hakimiyyətləri cavab verməli olacaq


17-02-2014, 18:28
Yasamal və Bakı icra hakimiyyətləri cavab verməli olacaq
DİA.AZ: - Dünən keçmiş В«SovetskiВ» küçəsinin sakinləri etiraza qalxdı. Hər halda, bu aksiyada prezidentin şəkillərinin görünməsi və həmçinin narazılıq edən vətəndaşların israrla prezidentə qarşı olmadıqlarını bildirməsi fonunda belə baş verənlərin rəsmi dairələrin ürəyincə olmadığı bir faktdır.

Və bu fakt kimlər üçünsə problemlə çevrilməli idi və çevrilib də. Bu barədə DİA.AZ-a daxil olan informasiyalardan qeyd olunur ki, artıq В«SovetskiВ» camaatının üsyana qalxmasına görə ilkin sorumlu tərəf kimi Yasamal rayon icra hakimiyyəti tutulub və bu barədə icra hakimiyyəti başçısının üzərinə böyük öhdəliklər qoyulub. Amma bu da hamısı deyil.

Məlumatı verən mötəbər mənbə iddia edir ki, keçmiş В«SovetskiВ» küçəsi sakinlərinin etirazı ilə bağlı yaranmış ajiotaja görə Bakı meriyası, xüsusən də icra başçısı Hacıbala Abutalıbov da cavabdeh kimi rəsmi dairələr qarşısında hesabat vermək zorundadır. Mənbə bildirir ki, məhz Bakı merinin məsləhəti ilə В«SovetskiВ» küçəsi ümumilikdə olaraq plana salınıb.

Halbuki ilk əvvəl ərazhinin hissəli şəkildə sökülməsi ideyası qüvvədə olub. Bu halda narazılıqların geniş miqyas almayacağı şübhəsiz idi. Amma məhz Bakı meriyaasının В«qarantiyasıВ» ilə məlum plana qərar verilib. Bu isə təbii ki, problemlə üzləşənlərin kütləvi şəkildə etirazının təşkilinə şərait yaradıb.

Mənbə iddia edir ki, artıq В«SovetskiВ» camaatının razı salınması üçün məhz Bakı və Yasamal icra hakimiyyətləri üzərinə öhdəlik qoyulub.

Geri qayıt