Əsas Səhifə > Güney Press / Manşet > "Çox dedilər ki, burdan mal almayın, amma aldım..."

"Çox dedilər ki, burdan mal almayın, amma aldım..."


23-09-2023, 11:04
"Çox dedilər ki, burdan mal almayın, amma aldım..."
DİA.AZ: - "Şikayətim "Kontakt Home"dandır. DİA.AZ bildirir bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında İlahə Məmmədova adlı istifadəçi giley edir .

"Çox dedilər ki, burdan mal almayın, amma aldım..."

Narazı vətəndaş daha sonra yazır: "Çoxsaylı şikayətlərdən dolayı ordan nəsə almamaqda israrlı idik. Lakin axtardığımız model orda olduğundan aldıq: Paltaryuyan LG...

Maşın geyimin üstündəki ləkəni aparmır. 60 dərəcə qaynamada belə ləkə olduğu kimi qalır. Direktə yazmışam uzun müddət sonra nömrə verdilər. Əlaqə saxlayıb bir xeyli danışandan sonra məlum oldu ki sən demə, "Samsung" şirkətinin nömrəsi imiş.

Bir neçə gündən də sonra ustaları zəng vurdu. Görüm vaxt eləsəm, gələcəm dedi.

Ləkəli yuduğu paltarları belə saxlamışam ki onlara sübut eləmək deyirler çətindir. Amma anti-inhisar deyilən qurum var, çox uzanarsa müraciət edərik..."

İddia olunanlarla bağlı diaaz.space olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt