Əsas Səhifə > Güney Press / Ana xəbər > “Azərsu” prezidentin 2 fərmanını icra etməkdən boyun qaçırır
“Azərsu” prezidentin 2 fərmanını icra etməkdən boyun qaçırır15-02-2014, 18:06 |
|
Kəlbəcərin Yanşaq kəndindən köçkün Mürsəlov Zamin Saqi oğlu prezident İlham Əliyevə məktub yazıb. Məktubunu “Media forum” saytına göndərən köçkün qeyd edir ki, “Azərsu” ASC onun hüquqlarını pozur: “Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilməsi zamanı Abşeronun Hökməli qəsəbəsində 0.0,5 hektar torpaq sahəsinə olan mülkiyyət hüququm pozulub, həmin torpağın üzərində olan fərdi yaşayış evim, daş hasarım və dəmir darvaza qanunsuz olaraq “Azərsu” ASC tərəfindən zəbt olunub və sökülüb. “Azərsu” cənab prezidentin 2 fərmanını və Nazirlər Kabinetinin 3 qərarını icra etməkdən boyun qaçırır. ASC-nin sədr müavini Seymur Seyidov və şöbə müdiri Şahin Camalov 2013-cü ilin noyabr ayında mülkiyyət hüququm pozulduğu üçün mənə kompensasiyanın tam şəkildə veriləcəyini vəd etdilər. “Azərsu”nun sədri Qorxmaz Hüseynov 10 dekabr 2013-cü ildə məktubla Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcova müraciət edərək mənim mülkiyyətimdə olan torpaq sahəsinə rəy və sərəncam verilməsini istədi. Zakir Fərəcov 30 yanvar 2014-cü ildə məktubla rəy və mülkiyyətimdə olan torpaq sahəsinin üzərində mənim razılığım əsasında tikinti aparılmasına sərəncam verdi. Lakin hazırda “Azərsu” mənə kompensasiyanın verilməsindən imtina edir. Xahiş edirəm mülkiyyət hüquqlarımın bərpa olunmasında köməklik edəsiniz. Geri qayıt |