Əsas Səhifə > Güney Press / Manşet > Adil Vəliyev işdən çıxarılır
Adil Vəliyev işdən çıxarılır15-09-2023, 16:37 |
|
DİA.AZ: - Yaxın vaxtlarda Sabunçu rayon icra hakimiyyətinin başçısı postunda dəyişiklik gözlənilir. Bu barədə DİA.AZ-a hökumətdəki mötəbər mənbə informasiya verib. Xəbəri verən qaynaq iddia edir ki, artıq qərar verilib. Qeyd edək ki, hazırda Sabunçu RİH başçısı postunu Adil Vəliyev tutur. O, 2012-ci ildən bu zəvifəyə təyin olunub. Bildirilir ki, neçə müddətdir Adil Vəliyevin gedişinə zəmin hazırlanırdı və son olaraq baş verənlər bu məsələdə təkanverici stimul rolunu oynayıb. Geri qayıt |