Əsas Səhifə > Güney Press / Manşet / Ana xəbər > Aydın Bəşirova qarşı cinayət işi açılıb? - Bu dəfə sabiq idarə rəisi 50 milyon manatlıq yeyintidə ittiham olunur
Aydın Bəşirova qarşı cinayət işi açılıb? - Bu dəfə sabiq idarə rəisi 50 milyon manatlıq yeyintidə ittiham olunur14-02-2014, 18:13 |
|
DİA.AZ: - Xəzər Dəniz Gəmiçilik İdarəsinin (XDGİ) sağiq rəisi Aydın Bəşirova qarşı cinayət işi açılıb. Bu barədə DİA.AZ-a hüquq-mühafizə orqanlarındakı məlumatlı mənbə informasiya verib. Xəbərlərdən belə aydın olur ki, keçmiş idarə rəisinə qarşı ilginc ittiham irəli sürülüb. Belə ki, Aydın Bəşirov bir neçə gəmini metallolom kimi çıxdaş edib, baha qiymətə satmaqda ittiham olunur. Mənbənin söylədikləri: В«Aydın Bəşirov sovet dönəmindən qalma iki tankerin və bir gəminin qeyri-qanuni olaraq В«spisatВ» edilməsində ittiham olunur. Belə ki, o, hələ 2001 və 2003-cü illərdə həyata keçirdiyi maxinasiyalar nəticəsində dövlət büdcəsinə külli miqdarda ziyan vurubВ». Bildirək ki, Aydın Bəşirov bu günlərdə 27 milyon manat həcmində dövlət vəsaitini mənimsəməkdə də ittiham olunmuşdu ki, sonradan bu məsələyə reaksiya verən sabiq idarə rəisinin özü gülməli açıqlaması ilə yadda qaldı. В«Mən 27 milyon manatı necə silə bilərəm kiВ» deməsi ilə diqqətə gələn Aydın Bəşirovun hazırda 50 milyon manatlıq ittihamla üz-üzə qaldığı aydın olur. Geri qayıt |