Əsas Səhifə > Güney Press / Ana xəbər > Deputatın biznesi tam çökdü?

Deputatın biznesi tam çökdü?


14-02-2014, 16:16
Deputatın biznesi tam çökdü?
Milli Məclisin deputatı Rəfael Cəbrayılovun evi və ofisi ilə "Nikoil Bank" arasındakı münasibətlər bir qədər bundan əvvəl mətbuatın əsas müzakirə mövzularından biri idi. Rəfael Cəbrayılov deputat mandatının ona verdiyi toxunulmazlıq statusundan istifadə edərək məqsədlərinə nail olmağa can atırdı. Rusiyanın Azərbaycanda fəaliyyət göstərən "Nikoil Bank”ı əvvəlcə kredit müqaviləsi üzrə borcun ipoteka predmetinə yönəldilməklə ödənilməsi barədə iddia ilə Binəqədi Rayon Məhkəməsinə müraciət etməsi bir sıra mətləblərə aydınlıq gətirdi. Bankın deputat Rəfael Cəbrayılov, qardaşları Elşən Cəbrayılov, Rauf Cəbrayılov, digər qohumu Akif Amanəliyevi və bacılarının həyat yoldaşı Nurəddin Bünyatovu məhkəməyə verməsinə dair iş Ali Məhkəməyə qədər gedib çıxmışdı.

В«Gündəlik BakıВ»ya verilən məlumatlarda bildirilir ki, aşağı instansiya məhkəmələrinin hakimləri bu məsələdə deputatın qardaşlarının tərəfini saxladığından "Nikoil BankВ» rəhbərliyi işin ən yüksək məhkəmə instansiyası səviyyəsinədək araşdırılmasına iddialı olub. Ali Məhkəmə həmin iddianı qismən təmin edərək borcun cavabdehlərdən müştərək qaydada tutulması, Binəqədi rayonunda yerləşən ofis sahəsinə dair hüquqların yönəldilməsi və 5 otaqlı mənzilin hərracda satıldıqdan sonra mənzilin ən geci bir ay ərzində boşaldılması barədə qətnamə qəbul edib. Deputata aid olduğu söylənən tikinti şirkəti ilə Rusiyanın "Nikoil Bank”ı arasında məhkəmə çəkişməsi bir sıra mətləbləri üzə çıxardı. Bank Rəfael Cəbrayılovun və qardaşlarının 1,1 milyon dollar borclarını ödəmədiyini əsas götürərək hüquqi müstəvidə hərəkətə keçdi. "Nikoil Bank”ın deputat, qardaşları Elşən Cəbrayılov, Rauf Cəbrayılov və digər qohumu Akif Amanəliyevə qarşı kassasiya şikayəti əsasında məhkəmə prosesinin keçirilməsi Rəfael Cəbrayılovun bizneslə məşğul olması məsələsinə dair sualları ortaya çıxardı.

Deputat bu məsələnin noyabr ayında da gündəmə gətirildiyini, ancaq kimsə indi bu məsələni yenə gündəmə gətirmək istəyini iddia etdi: "Ötən ilin noyabrından bəri eyni şeyi təkrar-təkrar gündəmə gətirirlər. Mən varam deyə, qardaşım bizneslə məşğul olmamalıdır? Mən nə deyirəm ki, gedib versinlər də məhkəməyə. Axı bunun mənə nə dəxili var? Digər tərəfdən isə məhkəmənin qətnaməsi var. Qardaşımla bağlı məhkəmənin qərarından xəbərsiz olduğumu mən deməmişəm. Axı olan şeyi necə deyə bilərəm ki, olmayıb?”

Əldə etdiyimiz məlumatlara görə, Rəfael Cəbrayılovun biznes imperiyası tamamilə çöküdürüb. Ona məxsus obyektlər, hətta bir bağ evi deputatın əlindən çıxıb. Hazırda deputata yaxınları köməklik göstərirlər. Belə ki, hazırda millət vəkilinin 2 qardaşı bizneslə məşğul olur. Lakin millət vəkilinin problemlərinə onun qardaşları da hüquqi məsələlərlə üzləşiblər. Düzdür, bu, həm də Azərbaycan cəmiyyətinin bir nailiyyətidir ki, hər şey hüquqi müstəvidə həll olunur. Əldə etdiyimiz məlumatlarda qeyd olunur ki, Cəbrayılov qardaşlarının 3-ü də ötən əsrin 90-cı illərinin ortalarından bizneslə məşğul olmağa başlayıblar. Hətta onlardan birinin var-dövlətinin 6 milyon manat olduğu bildirilir. 15 ildir bizneslə məşğul olan Cəbraylov qardaşlarının bir müddət bundan əvvəl banka 1 milyondan çox kredit borcları var imiş. Ancaq onu bir neçə ay ərzində tam bağlayıblar. Bundan sonra paytaxtda yeni göydələn tikintisi ilə əlaqədar yenə də kredit götürüblər və normal qaydada faizi ilə banka qaytarılıb.

Qəzetimizi məlumatlandıran şəxsin sözlərinə görə, bank Nurəddin Bünyatova 795 min manat məbləğində kredit verib. Eyni zamanda kreditin müqaviləsinin öhdəliyinin vaxtında və lazımi qaydada icra olunması məqsədilə digər cavabdehlər Rauf, Elşən və Rafael Cəbrayılovlarla zaminlik müqaviləsi bağlanılıb. Lakin qardaşlar ödəniş qrafikinin şərtlərinə əməl etməyiblər və kredit və faizin vaxtında qaytarılmasına dair öhdəlik də yerinə yetirilməyib. Bank iddia ərizəsində borcun ümumi məbləğini 879 618 manat göstərib. Maraqlıdır ki, deputat bunun qardaşları ilə bank arasında mülki mübahisə olduğunu bildirərək iddia etdi ki, tikinti biznesi ilə məşğul olan qardaşları ilə bank arasındakı mülki mübahisənin ona aidiyyəti yoxdur. Əldə etdiyimiz məlumatlara görə, əslində biznes elə onun özünün imiş və kömək etmək üçün ora qardaşlarını cəlb edib. Eyni zamanda həmin biznesə bir nəfərlə şərikli qoşulub. Özü də bu biznesə qoşulmaq üçün həmin şəxs vaxtilə Bilgəhdəki 2.5 milyon dollar dəyərində olan bağ evini girov qoyaraq ondan 1.5 milyon dollar pul götürüb.

В«Gündəlik BakıВ»ya daxil olan xəbərlərdə bildirilir ki, Rəfael Cəbrayılovun gizli biznesi haqqında bütün məlumatları kütləvi informasiya vasitələrinə Milli Məclisin deputatlarından biri ötürüb. Qeyd edək ki, bitərəf deputatla komitə sədrlərindən birinin münasibətləri heç də ürəkaçan deyil. Rəfael Cəbrayılovun rəqibinə В«Mənə elə gəlir, bütün bunları edən adam kimdirsə, o, parlamentdə olan adamdır. Bir nəfər üzdən iraqvar, bütün bunlar onun sifarişidirВ» - deməsindən sonra komitə sədri millət vəkili haqda gizli məlumatları mətbuata ötürməkdən imtina edib. Amma özəl qaynaqlarımız vasitəsilə əldə etdiyimiz digər xəbərlərdə millət vəkilinin biznes imperiyasının çökdürüldüyü deyilir: В«Xüsusən tikinti biznesində deputat külli miqdarda xərcə düşdüВ». \\ В«Gündəlik BakıВ» \\

Geri qayıt