Əsas Səhifə > Güney Press / Ana xəbər > Razim Məmmədova səsi çatmayan qadın prezidentdən kömək istədi
Razim Məmmədova səsi çatmayan qadın prezidentdən kömək istədi14-02-2014, 12:41 |
|
Bakının Xətai rayon sakini, təqaüdçü Gözəl Lütfəliyeva ölkə prezidenti İlham Əliyevdən kömək istəyir. “Media forum” saytına müraciətində o bildirib ki, Xətai rayonu, İnqilab İsmayılov küçəsi, ev 13, mənzil 20-də yaşayır: “Mənim mənzilim 9 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşir. Bu qış bizim binaya istilik verilib. Bu xoş hadisə o biri yandan da bizim üçün bəlaya çevrilib. Belə ki, mənim evimin altına, zirzəmiyə çoxlu su yığılıb. Qaynar su mənim mənzilimin döşəməsini çökdürüb. Gün boyu evdən pis qoxu gəlir, mənzilimizə boğucu buxar dolur. Nəfəs ala bilmirik. Mən şəkər xəstəsiyəm, ayağım şişib, yeriyə bilmirəm. Güclü təzyiqim var. Təqaüdlə dolanıram. Problemimizi isə həll edən yoxdur. Məhəlləmizdəki istixanaya müraciət etdim. Gəldilər, dedilər ki, biz zirzəmiyə girə bilmərik, çünki ora su ilə doludur. Dedilər suyu zirzəmidən çəksələr, gəlib baxa bilərik görək orada nə baş verir. Amma suyu kim çəkməlidir, çəkən yoxdur. 30 ildir bu binada yaşayıram. Mənzilimizdə döşəməni əlinlə sıxırsan, su çıxır. Özü də pis qoxulu su. Belə davam etsə, kəsif çirkli suyun qoxusundan həm evdə boğulacağıq, həm də ev çökəcək”. Gözəl Lütfəliyeva media vasitəsilə ölkə prezidentindən kömək istəmək məcburiyyətində qaldığını deyir: “ Bu günlərdə prezidentimizin çıxışına baxdım. Prezident tapşırdı ki, dövlət məmuru xalqın xidmətçisi olmalıdır. Özünü də xalqın birinci xidmətçisi adlandırdı, məmurlardan tələb etdi ki, camaatı, kasıb-kusubu incitməsinlər. Amma məmurlar özlərini ağa kimi aparır. İstərdim prezidentimiz bunu bilsin”. Geri qayıt |