Əsas Səhifə > Güney Press / Ana xəbər > Ermənilər artilleriyadan istifadə etməyə başladılar

Ermənilər artilleriyadan istifadə etməyə başladılar


14-02-2014, 12:09
Ermənilər artilleriyadan istifadə etməyə başladılar
Xəbər verdiyimiz kimi, dünən erməni silahlı birləşmələri Tərtər istiqamətində fəallaşaraq, Azərbaycan Ordusunun mövqelərinə hücum təşkil ediblər. Verilən məlumatlarda deyilirdi ki, əks cavabla düşməni susduran Azərbaycan tərəfi iki erməni əsgərini öldürüblər.

Bu gün JAM.AZ-a daxil olan məlumatlarda isə vurğulanır ki, ermənilər gecə də sakit dayanmayıblar. Onlar səhərə qədər Azərbaycan Orudusunun mövqelərini iri çaplı plomiyotlardan və avtomat silahlardan atəşə tutublar. Həmçinin isə Tərtərin cəbhə xəttinə yaxın kəndlərinin yaxınlığına isə minomiyot mərmisi düşdüyünə dair məlumatlar da var. Boş sahəyə düşən mərimnin partladığı, lakin kimsəyə zərər vermədiyi deyilir.

Qeyd edək ki, Qarabağ müharibəsində atəşkəs elan edilən müddətdən bəri cəbhə xəttində gərginliklər hər nə qədər yüksək həddə çatsa da, indiyə qədər bircə dəfə də olsun tərəflərin ağır artilleriya, hətta artilleriyadan istifadə etdiyinə təsadüf edilməyib. Bu səbəbdən Tərtərə minamyotlardan atəşin açılması ilk hadisə sayılır və bu artıq hərbi əməliyyatların yeni müstəviyə keçməsi anlamı daşıyır.

Hərbi ekspertlər söhbət əsnasında deyiblər ki, əgər cəbhə xəttində artilleriyadan istifadə edilməsinə başlanılıbsa, bu artıq rəsmi qaydada müharibə deməkdir.

Geri qayıt