Əsas Səhifə > Güney Press / Ana xəbər > Prezident Administrasiyasına ən çox hansı rayonlardan şikayət gəlir?
Prezident Administrasiyasına ən çox hansı rayonlardan şikayət gəlir?14-02-2014, 11:11 |
![]() Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov böyük məqalə ilə çıxış edib. Bu gün həmin məqalənin ikinci hissəsi yayılıb. Virtualaz.org-un məlumatına görə, o, qeyd edir ki, 2013-cü ildə şikayətlərin ümumi sayı 2012-ci ilə nisbətən azalıb: “Buna misal olaraq Lənkəran, Mingəçevir, Naftalan, Şəki, Şirvan, Ağcabədi, Ağdam, Babək, Culfa, Daşkəsən, Füzuli, Gədəbəy, Hacıqabul, Xətai, Xəzər, Kəlbəcər, Qazax, Qəbələ, Quba, Qubadlı, Laçın, Masallı, Nizami (Bakı), Oğuz, Ordubad, Sabirabad, Sabunçu, Siyəzən, Suraxanı, Şəmkir, Şuşa, Tovuz, Yardımlı, Yasamal, digər şəhər və rayonları qeyd etmək olar. Lakin şikayətlərin sayı bəzi şəhər və rayonlarda 2012-ci ilə nisbətən çox olub. Bunlardan Bakı, Yevlax, Ağstafa, Balakən, Beyləqan, Bərdə, Cəbrayıl, Göyçay, Xocavənd, Qax, Qobustan, Samux, Şamaxı, Zaqatala, Zəngilan, digər şəhər və rayonları göstərmək olar. Əhalinin hər 1000 nəfərinə düşən şikayətlərin sayı Bakı şəhəri və onun bəzi rayonlarında, Yevlax, Astara, Beyləqan, Bərdə, Biləsuvar, Cəbrayıl, Göyçay, Göygöl, İmişli, Kürdəmir, Laçın, Lerik, Zəngilan, digər şəhər və rayonlarda başqalarına nisbətən bir qədər çoxdur. Şikayətlərin faizinin bütövlükdə azalması müsbət hal olsa da, onların tamamilə aradan qaldırılması hələ mümkün olmayıb. Şikayətlərin bir çoxu hüquq mühafizə orqanlarının fəaliyyəti, əməkhaqqı, sığorta, kreditlərin verilməsi və digər məsələlərlə bağlıdır”. Geri qayıt |