Əsas Səhifə > Güney Press / Manşet > İsmət Abbasovdan Heydər Əsədova В«əməkhaqqı zərbəsiВ» - İşçilər yeni nazirə qarşı qaldırılır
İsmət Abbasovdan Heydər Əsədova В«əməkhaqqı zərbəsiВ» - İşçilər yeni nazirə qarşı qaldırılır13-02-2014, 16:17 |
|
DİA.AZ: - Elə bu dəqiqələrdə DİA.AZ-ın elektron poçtuna kənd təsərrüfatı nazirliyində daxili narazılıqların yaranması haqda məlumat daxil olub. Verilən xəbərlərdən belə aydın olur ki, Kənd Təsərrüfatı Nazirliyi strukturundakı müəssisə təşkilatlarda çalışanlar yanvar ayı üçün əməkhaqqını ala bilməyiblər. Bu isə işçilər arasında ciddi narazılığa səbəb olub. Mənbənin söylədikləri: В«Nazirliyin maliyyə idarəsindən gecikməni nazir Heydər Əsədovun tapşırığı ilə əsaslandırıblar. Vurğulanıb ki, nazir smetanı təsdiqləmədiyindən maaş verilmir. Maaş tələb edən işçilərə isə nazirə müraciət etmək məsləhət görülüb. Nəticədə Kənd Təsərrüfatı Nazirliyi strukturundakı müəssisə təşkilatlarda çalışanlar arasında Heydər Əsədova qarşı narazılığı artırıb. Onsuz da əməkhaqqı az olan bu sahənin işçilərinin maaşının vaxtında verilməməsi də cidd problemə səbəb olub. Bu problemin yardılmasında isə sabiq nazir İsmət Abasovun adamlarının da rolu olduğu vurğulanır. Onların Heydər Əsədova qarşı təxribat hazırladığı da gizlədilmirВ». Bütün tərəfləri dinləməyə hazırıq… Geri qayıt |