Əsas Səhifə > Güney Press / Ana xəbər > Bakıda böyük taun təhlükəsi

Bakıda böyük taun təhlükəsi


13-02-2014, 12:53
Bakıda böyük taun təhlükəsi
Mart ayından etibarən Bakı şəhərinin əsas və qədim yaşayış ərazisi olan В«SovetskiВ» söküləcək. Rəsmi məlumatlara əsasən söküntü işlərinə hazhırlıqlar başlanıb. Ərazidə yaşayan vətəndaşlarla bağlı olaraq siyahıyalma işlərinə də artıq başlanılıb. Ortada olan çox mühim amillər var ki, bu faktorların nəzərə alınıb-alınmadığı hələlik bəlli deyil. В«SovetskiВ» ərazisi antisanitariya baxımından Bakının ən təhlükəli yaşayış yerlərindən biri hesab edilir. Bu ərazidə inşa olunmuş evlərin böyük əksəriyyəti yer evləridir və istismar müddətini çoxdan başa vurub.

В«SovetskiВ»nin sökülməsi neçəyə başa gələcək?

GUNDEMİNFO.AZ-ın apardığı araşdırmalar nəticəsində Ərazidə ən dəhşətli mənzərə kanalizasiya sistemləri ilə bağlıdır. Köhnə sistemlərin işlək halda olmaması burada daim üfunət qoxusu yaradır. Bununla yanaşı elektrik və qaz xətlərinin də mövcud quruluşu kifayət qədər problemlidir. Əslində В«SovetskiВ»nin sökülməsi və yenidən infrastruktur qurulması üçün hazırlanması böyük vəsaitlər tələb edir. Hələlik söküntü üçün dövlət hesabına nə qədər vəsaitin ayrılması haqda dəqiq heç bir məlumat verilmir. Söküntüyə ayrılacaq vəsaitlərin həcmi konpensasiyaların həcmi ilə bağlı da gizli saxlanılır. Qeyri-rəsmi məlumatlara əsasən ərazidə 14 min nəfərə yaxın insan rəsmi qeydiyyatdadır. Ödəniləcək konpensasiyaların hər kvadratmetri üçün 1500 manat vəsaitin ayrılması nəzərdə tutulursa, o zaman В«SovetskiВ»nin əhalisinin köçürülməsi 21 milyon manata başa gələcək. Lakin bu hələ ilkin olaraq bəlli olan rəqəmlərdir. Ərazinin sökülməsi, dağıdılması, kanalizasiya sistemlərinin yenidən qurulması üçün də əlavə olaraq milyonlarla manat dövlət vəsaitləri tələb olunacaq. Azərbaycanda söküntü işlərinin aparılması üçün hər kvadratmetrə rəsmi olaraq 470 manat vəsait tələb olunur. В«Qış bulvarıВ»nın inşası zamanı bu rəqəmlər bir neçə dəfə artırıldı. Nəzərə alsaq ki, quruluş etibarilə В«SovetskiВ» В«Qış bulvarıВ» ilə müqayisədə daha çətin strukturda yerləşir, o zaman ərazi üzrə söküntü xərclərinin 1 kvadrat metrə görə 100 manata yaxınlaşacaq. Bu isə ümumi ərazisi 20 hektara yaxın olan (200 min kvadratmetr) edir. 200 min kvadratmetrin sökülməsi və yeni infrastrukturun qurulması üçünsə hər kvadratmetrə görə, ən azı 1000 manatdan 200 milyon manat vəsait edir. Bu ən aşağı rəqəmlərdir və hərçənd ki, söküntü işlərini aparan Bakı Şəhər İcra Hakimiyyəti ərazinin sökülməsi və tullantıların daşınması xərclərini iş prossesində bir neçə dəfə artıracaq. Nəticə etibarilə də büdcədən ərazinin yalnız sökülməsi 220 milyon manata başa gələcək. Bundan sonra isə tikinti işlərinin aparılması deməkdir. Bundan sonra isə tikinti zamanı da rəqəmlərin şişirdilməsi baş verəcək. Və beləliklə də söküntünü aparan icra hakimiyyəti əslində sökmək və tikmək üçün büdcədən istədiyi pulların 10 faizini belə В«SovetskiВ»də yaşayan insanlara konpensasiya halında ayırmaq fikirində deyil. Və bu da təbii ki, haqlı olaraq narızılıqların yaranmasına səbəb olur.

Siçovullar taun yaradan əsas daşıyıcılardır

Lakin ərazinin sökülməsi prossesi təkcə qaz, su, elektrik enerjisi xətlərinin dağıdılması zamanı çətinliklərin yaranması ilə sonuclanmayacaq. Bu ərazidə yaşayan sakinlər deyirlər ki, kifayət qədər böyük ərazidə yerləşən В«SovetskiВ»də siçovullar kütləvi şəkildə məskən salıblar. Burada evlərin altında çəkisi 3 kiloqramdan da çox olan siçovullar var.

Mirzxağa Əliyev küçəsində yaşayan Hafiz Ağayev GUNDEMİNFO.AZ-Р° deyir: В«Hər kvartalın, hər evin altında yüzlərlə siçavul var. Kanalizasiya xətləri, dağılmış zirzəmilərin altı onların məskənidir. İllərdir ki, biz onlarla mübarizə aparırıq. Bu günə qədər rəsmi olaraq baytarlıqdan gəlib bu bəlanın kökünü kəsən olmayıbВ».

Hər halda yuxarıda qeyd etdiyimiz söküntü xərclərinə Dövlət Baytarlıq Xidmətinin və Sanitar Epidimialogiya Mərkəzinin təkliflərini də əlavə etmək lazım olacaq. Çünki bu ərazidəki siçovullar Bakı şəhərinə dağıla və çox dəhşətli xəstəliklərin yaranmasına səbəb ola bilər. Siçovulların yay biləcək xəstəlik isə bir zamanlar dünya əhalisinin yarıdan çoxunu qırmış taun epidemiyası ola bilər. Taun xəstəliyi insan və heyvanlarda kəskin təbii ocaqlı, epidemik yayılmağa meyilli, taun çöpü tərəfindən törədilən transmissiv infeksion xəstəlikdir. Bu mövzu ilə bağlı müraciət etdiyimiz tibb elmləri doktoru Kərim Səlimov deyir ki, taun kəskin qızdırma, ağır ümumi intoksikasiya və limfatik düyünlərin, ağciyərin və başqa orqanların hemorragik-nekrotik iltihabı ilə təzahür edir. В«Endemik və pandemik yayılma imkanına görə taun "Beynəlxalq tibbi-sanitariya qaydalarının" şamil olduğu xüsusi təhlükəli karantin infeksiyaları qrupuna aid edilirВ».

Araşdırmalarımız zamanı məlum oldu ki, 1894-cü ildə fransız alimi A. Yersen və yapon alimi S. Kitazato xəstəliyin törədicisini kəşf etmişlər. Taun epidemiyaları dövri olaraq dünyanın bir çox ölkəsini əhatə edirdi. Birinci pandemiya VI əsrdə Şərqi Roma İmperiyasında baş vermiş və bir çox ölkəni əhatə etmişdi. Qara ölüm adlanan ikinci pandemiya XIV əsrdə, üçüncü pandemiya isə XIX əsrin sonunda yaşanıb. Xəstəliyi dəniz gəmilərindəki siçovullar yaymış və dünyanın 100-dən artıq limanında epidemiya baş vermişdi. XIV əsrdən başlayaraq Rusiyada, o cümlədən bir neçə dəfə Moskvada, XIX əsrdə Zabaykalyedə, Zaqafqaziyada, Prikaspidə, XIX əsrin sonu – XX əsrin əvvələrində Odessa və Qara dənizin başqa limanlarında, bunu da siçovullar yaymışdı, XX əsrdə isə Hindistanda taun geniş epidemiyası qeydə alınmışdı.

Taun təbii ocaqlarla xarakterizə olunur. Taunun inkubasiya dövrü 2-6 gündür. Xəstəlik titrətmə, başağrısı, yüksək temperaturla başlayır. Diaqnostika üçün bakterioloji və seroloji üsuldan istifadə olunur.

Hər halda Bakıda yüzminlərlə siçovulun yüz ilə yaxındır yaşadığı yeraltı çirkab mənbələrindən çıxaraq yaylması digər xəstəliklərin də yayılmasına səbəb ola bilər. Bununla bağlı isə heç bir mühim qabaqlayıcı tədbirlərin aparıldığı və ya söküntü layihəsində önləyici tədbirlərin görülməsinə dair heç bir rəsmi açıqlama yoxdur.

Geri qayıt