Əsas Səhifə > Güney Press / Ana xəbər > Dini Komitə Ruhani İdarəni gözləməyə səbr etmədi
Dini Komitə Ruhani İdarəni gözləməyə səbr etmədi12-02-2014, 16:02 |
|
Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi Müşfiqabad məscidindən sonra Aşurbəy məscidində yoxlama aparacaq. Bu barədə Hafta.az-a Aşurbəy məscidinin təmsilçisi Ramin Həmzəyev məlumat verib. Onun sözlərinə görə, məlum şikayətlər səslənəndən sonra adıçəkilən məscidə bir çox media nümayəndələri, televiziya kanalları gəlib və çəkilişlər aparıblar. O, yaxın günlərdə Dini Komitə nümayəndələrinin məscidə gələcəyini də qeyd edib: “Bu məsələ - yoxlama haqqında bizə dini icmamızın rəhbəri Faiq Mustafa deyib. Sadəcə hələ ki, “filan vaxtı orada olacağıq” deməyiblər. Amma 100% gəlməlidirlər. “Müşfiq” məscidini yoxlayıblarsa və bizim məscid haqqında belə məlumatlar yayılıbsa biz əminik ki, yoxlama olacaq. Daha çox dini icmanın tərkibi, dini icmanın fəaliyyəti ilə maraqlanacaqlar, məsciddəki ədəbiyyat, kitabların nədən ibarət olacağını öyrənəcəklər. Gözləyirik...”. Məlumat üçün deyək ki, sözügedən məscidlərin adları Suriyaya döyüşə gedən azərbaycanlılara dəstək verməkdə hallanır. Qafqaz Müsəlmanları İdarəsi isə bir müddət əvvəl İçərişəhərdəki Aşurbəy məscidi və Müşviqabad qəsəbə məscidi barədə bəyanat yayıb. İdarə adıçəkilən məscidlərin onların tabeçiliyində olmadığını elan edib: “Bir neçə gün əvvəl bir ata övladlarının məhz Müşviqabad məscidindən təlimatlanaraq Suriyaya döyüşə göndərildiyini iddia eləmişdi. Son vaxtlar ölkədən Suriyaya döyüşmək üçün gedənlərin sayı artdığından Bütün Qafqazın Şeyxi bir sıra dövlət qurumlarına müraciət edib. Qafqaz Müsəlmanları İdarəsinin verdiyi fətvada Hacı Allahşükür Paşazadə əlinə silah götürən hər bir azərbaycanlının qanuna zidd hərəkət etdiyini əsas gətirərək, Suriyada və başqa ölkələrdə cihad adıyla vuruşan Azərbaycan vətəndaşlarının cəzalandırılması məsələsini də dövlət qarşısında qaldıracağını bildirib”. Geri qayıt |