Əsas Səhifə > Güney Press / Manşet > Azay Quliyevə DAHA BİR AÇIQ İTTİHAM

Azay Quliyevə DAHA BİR AÇIQ İTTİHAM


21-08-2023, 17:26
Azay Quliyevə DAHA BİR AÇIQ İTTİHAM
DİA.AZ: - QHT sektorunda "təlatümlü günlər" davam edir. Əslində, "təlatümlü günlər" dedikdə baş verənləri Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədri Azay Quliyevin İFŞASI PROSESİ də adlandırmaq olar. DİA.AZ bildirir ki, necə müddətdir İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli olduqca ağır ittihamlar səsləndirməklə sözügedən prosesi yürütməkdədir. Bu dəfə isə bir başqa QHT sədri Azay Quliyevin rəhbəri olduğu təşkilata ittihamlr səsləndirib.

DİA.AZ-ın məlumatına görə, "Əsgər Ailələrinə Dəstək" ictimai birliyinin sədri Mətanət Əsgərqızı özünün facebook səhifəsində aşağıdakı ifadələrə yer verib:

"Allah , göstərmə, gərək nə qədər qurd ürəyi yeyəsən ki, kiçik qrantda 10 000 manat verdiyin təşkilata təzədən 65 min də verəsən... Allah çaşdırıb e bunları. Haqqını yedikləri, işlək QHT- lərin ahı tutub, kələflərinin ucunu itiriblər...

Əl-ələ veriblər, amma indi bir- birini satırlar.Köhnədən qalan iki təcrübə burada da icra olunur... Birinin falçı anası, digərinin illərlə işini düzüb- qoşan falçısı da kömək edə bilmir..

Vay canınıza, konsperativ kvartirada bizi zərərsizləşdirmək üçün qurduğunuz planlar, daha çox qrant çırpışdırmaq üçün cızdığınız proje bilmirsiz çat verəcək? Əslində bütün bu fəaliyyətlər cənab Prezidentin dayaqlarını laxlatmağa yönəlib.

Kiçik olduğunuz halda, başınızdan böyük qələtlər edəndə bilmirsiz bunun DTX-sı, DİN-i, Prokurorluğu var. Onların rəhbərləri ölkə Prezidentinə çox sədaqətlidilər?"

İddia olunanlarla bağlı diaaz.space olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Geri qayıt