Əsas Səhifə > Güney Press / Manşet > Azay Quliyev İSTEFAYA DƏVƏT OLUNDU

Azay Quliyev İSTEFAYA DƏVƏT OLUNDU


17-08-2023, 15:32
Azay Quliyev İSTEFAYA DƏVƏT OLUNDU
DİA.AZ: - İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin fəaliyyəti ilə bağlı ilginc açıqlamalarını davam etdirir. DİA.AZ bildirir ki, bu dəfə İSBAM sədri Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin sədri Azay Quliyevi istefaya da çağırıb.

Beləliklə, Samir Adıgözəlli bildirir:

"Bilirəm ki, əlillər, qazilər, şəhid ailələri təşkilatları və sair metodlarla mənə təzyiqlər göstərməyə çalışırsız .
Şər -böhtan, hədələnmək hətta ölümlə təqib edilmək.
Mən bunların hamısını görmüşəm. Bunlarla iradəmə təsir edə bilməyəcəksiz .
Bir haqq - salam qalıb, ona da xələl gətirməyin.
QHT Agentliyinin, (Şurasının) dövlətin pulları hesabına yediyinizdən geydiyinizə qədər hər işinizi gözəl bilirik.
Qərəzsiz yazılarıma cəsarətiniz çatır cavab verin. Yoxdursa o cəsarətiz, vicdanız varsa, istefa verin, hörmətli Agentlik rəhbərliyi!.."

İddia olunanlarla bağlı diaaz.space olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt