Əsas Səhifə > Güney Press / Ana xəbər > Akif Səlimovun Mədəniyyət və Turizm “biznesi“

Akif Səlimovun Mədəniyyət və Turizm “biznesi“


11-02-2014, 18:07
Akif Səlimovun Mədəniyyət və Turizm “biznesi“
Laçın rayon icra hakimiyyətindən PİA.AZ-a daxil olan məlumata görə rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Yusif hüseynov icra başçısı Akif Səlimovla birləşərək dövlət büdcəsini talan edirlər.

Daxil olan məlumatda göstərilir ki, Laçın rayon Mədəniyyət və Turizm Şöbəsinin nəzdində 34 Mədəniyyət evi, 48 klub, 110 kitabxana, 2 muzey, 1 rəsm qaleriyası, 5 musiqi məktəbi mövcuddur və şöbədə 900-dən çox vətəndaş işləyir.

Bildirilir ki, son iki ildə Rayon Mədəniyyət və Turizm Şöbəsinə 200 min manatdan çox vəsait ayrılıb və həmin vəsaitlər dəftərxana xərclərinə, avadanlıqlar, digər ləvazimatların alınması altında sənədləşdirilərək mənimsənilib.

Mənbə bildirir ki, Yusif Hüseynov şöbə müdiri təyinatı almamışdan öncə biznes ilə məşğul olub və idarə müdiri vəzifəsinə icra başçısı Akif Səlimova yüksək məbləğdə rüşvət verərək keçib. Yusif Hüseynov idarə müdiri vəzifəsinə keçdikdən sonra icra başçısı ilə “şərik” işləməyə başlayıb. Belə ki, icra başçısı ilə əlbir olan idarə müdiri hər ay dövlətdən külli miqdarda vəsait mənimsəyir.

Daxil olan məlumatda iddia olunur ki, ildə bir neçə dəfə rayon daxili büdcəsindən Mədəniyyət və Turizm şöbəsinə böyük məbləğdə vəsaitlər köçürülüb və bu vəsaitlər adı olub, özü olmayan mədəniyyət evlərinin, klubların, kitabxanaların cari təmiri, dəftərxana ləvazimatları və yeni avadanlıqların alınması adı altında sənədləşdirilərək silinib.

Bundan başqa bildirilir ki, 2 aydan bir adı çəkilən şöbənin işçilərinin əmək haqqlarından 15 manat vəsait saxlanılır. Bu isə il ərzində 80 min manatdan artıq vəsaitdir. Şöbə müdiri Yusif Hüseynov işçilərinin maaşından saxladığı vəsaiti rayon icra başçısına çatdırdığını bildirir.

Həmçinin PİA.AZ-a daxil olan məlumatda göstərilir ki, Yusif Hüseynovun əsas gəlir mənbəyindən biridə şöbədə çoxlu sayda "ölü can" saxlamasıdır. Yəni şöbənin Kitabxanalarında, Klublarında, Mədəniyyət evlərində işləyən işçilərin bir çoxunun sənədlərdə sadəcə adları mövcuddur. Məhz idarə müdiri hər ay saxta işçilərin əmək haqqlarından 10 min manata yaxın “qazanc” əldə etdiyi iddia olunur.

Bundan başqa Yusif Hüseynovun qazanc yerlərindən biridə şöbədə işləyən işçilərin ödəniş cədvəllərində şişirtmələrə yol verməsidir. Mənbə iddia edir ki, əlaqədar qurumlar Laçın rayon Mədəniyyət və Turizm Şöbəsində yoxlama apararsa, bu qurumda böyük yeyintilər aşkarlanması qaçınılmazdır.

Qarşı tərəfində mövqeyini verməyə hazırıq...

Geri qayıt