Əsas Səhifə > Güney Press / Ana xəbər > Heydər Əsədovun işçilərinə qarşı yeyinti ittihamı
Heydər Əsədovun işçilərinə qarşı yeyinti ittihamı11-02-2014, 11:28 |
![]() Heydər Əsədovun Kənd Təsərrüfatı naziri təyinatı aldıqdan sonra adı çəkilən qurumda kadr islahatları aparacağı ilə bağlı yayılan məlumatlar hələki öz təsdiqini tapmır. Qeyd edək ki, Kənd Təsərrüfatı nazirliyinin bir çox qurumları korrupsiya bataqlığında ilişib qalıb. Yeni nazir belə bataqlığa düçar olmuş bu qurumlar haqqında hələki tədbir görə bilmir. Kənd Təsərrüfatı Nazirliyindən PİA.AZ-a daxil olan məlumata görə nazirliyin korrupsiya bataqlığına bulaşmış qurumlarından biridə Heyvandarlıq məhsullarının istehsalı, emalı, damazlıq işi və otlaqlar şöbəsidir. Həmin şöbəyə Çingiz Fərəcov rəhbərlik edir. Bildirək ki, adı çəkilən şöbənin işi 1999-cu ildən Nazirlər Kabinetinin qərarı əsasında islahatlara getməyən və Kənd Təsərrüfatının tabeliyində qalan 41 təsərrüfata nəzarət etməkdən ibarətdir. Nazirlikdəki mənbəmiz bildirir ki, şöbə müdiri Çingiz Fərəcov rayonlarda fəaliyyət göstərən təsərrüfat sahələrində ciddi yeyintilərin, maliyyə maxinasiyaların baş verməsindən bir başa xəbərdardır və şöbə müdiri 3 aydan bir həmin təsərrüfatların direktorlarından hesab alır. Xatırladaq ki, Kənd Təsərrüfatı Nazirliyinin tabeçiliyində fəaliyyət göstərən 41 təsərrüfatın balansında 300 min hektara yaxın torpaq sahələri var. Mənbənin bildirirdiyinə görə Çingiz Fərəcovun nəzarət etdiyi bu təsərrüfatlarda ciddi şəkildə yeyintilər və dövlət əmlakını mənimsəmə halları mövcuddur. Belə ki, bir çox təsərrüfatların direktorları bəzi məmurlarla birləşərək dövlətin min hektarlarla torpaq sahələrində şəxsi təsərrüfatlar yaradaraq hər il yüz min manatlarla qazanc əldə edirlər. Çingiz Fərəcovun şöbəsinin nəzarət etdiyi və əsas mənimsəmə, yeyinti halları qoyunçuluq damazlıq üzrə : Abşeron rayonu "Güzdək" sovxozu, Beyləqan rayonu "Dostluq" sovxozu, Biləsuvar rayonu M.Ə.Sabir adına sovxoz, Ağstafa rayonu M.Mikayılov adına sovxoz, Şəmkir rayonu Koroğlu adına sovxoz, Lerik rayonu "Pirəsora" sovxozu, Şamaxı rayonu "Qələbə" sovxozları olduğu göstərilir. Taxıl toxumçuluğu üzrə: Beyləqan rayonu "Şəfəq sovxozu, Cəlilabad rayonu "Qırmızı Partizan" sovxozu , Xanlar rayonu "Bağbanlar" sovxozu, Xacmaz rayonu "28 May" sovxozu, Qobustan rayonu M. Hüseynzadə adına sovxoz, Şəki rayonu "Qaratorpaq" sovxozu, Cəlilabad rayonu "Moskva" sovxozu, Samux rayonu M.F.Axundov adına sovxoz, südlük maldarlıq damazlığı üzrə: Abşeron rayonu S.Əliyev adına sovxozları korrupsiya bataqlığında batıb. Xacmaz rayonu "Yalama" sovxozu, Quba rayonu "Şəfəq" sovxozu, Qusar rayonu S.Stalski adına sovxoz, Beyləqan rayonu Xətai adına sovxozlarında da vıziyyət eynidir. Camışçılıq damazlığı üzrə: Zərdab rayonu camışçılıq sovxoz, Şəki rayonu "Daşüz" camışçılıq sovxozu, Dəvəçi rayonu camışçılıq sovzozu və Xanlar rayonu camışçılıq sovxozları isə şəxsi təsərrüfatlar kimi idarə olunur. PİA.AZ-a daxil olan məlumata əsasən şöbə müdiri yuxarıda qeyd etdiyimiz təsərrüfatların direktorlarından 3 aydan bir 2000 manat haqq alır və buna görə də bu sovxozlardakı korrupsiya və özbaşınalıqlara göz yumur. Bildirilir ki, şöbənin nəzarətindəki qoyunçuluq damazlıq və südlük maldarlıq damazlıq təsərrüfatlarında külli miqdarda yeyinti faktları var. Beyləqan rayon “Dostluq” savxozu, Xətai adına savxoz, Zərdab rayonu camışçılıq savxozu, Dəvəçi camışçılıq savxozu, Biləsuvar M.S.Sabir adına qoyunçuluq savxoz, Ağstafa rayon M.Mikayılov adına qoyunçuluq damazlıq savxozlarında yoxlamalar aparılarsa dövlət əmlaklarının mənimsəmilməsi, qeyri qanuni istifadə edilməsi ortaya çıxar. Mənbə iddia edir ki, Kənd Təsərrüfatı Nazirliyinin heyvandarlıq məhsullarının istehsalı, emalı, damazlıq işi və otlaqlar şöbəsinin müdiri Çingiz Fərəcovun qazanc mənbələrindən biri də, yuxarıda qeyd etdiyimiz təsərrüfatlarda bir çox dövlət əmlakının yararsız kimi silinməsi, həmçinin min hektarlarla yararlı torpaqların yararsız kimi qeyd edilərək başqa başqa şəxslərə icarəyə verilməsi və sair qaranlıq işlərdir. Eyni zamanada şöbə müdirinin bir neçə təsərrüfatda çoxlu sayda qoyun saxlatdırdığı qeyd olunur. Həmçnin o da qeyd edilir ki, Çingiz Fərəcov köhnə nazir İsmət Abbasovun dövründə yuxarıda adını çəkdiyimiz təsərrüfatlarda baş verən mənimsəmə, korrupsiya hallarına bir başa havadarlıq edib və hər şeyə görə sabiq nazirə hesabat verib. Yeni nazirin təyinatından sonra şöbə müdiri hələ ki, səssizliyini qoruyub saxlaya bilib. Qarşı tərəfində mövqeyini verməyə hazırıq. Geri qayıt |