Əsas Səhifə > Güney Press / Manşet > Ağstafada icra başçısı şikayətçiləri kabinetindəcə aşağılayır

Ağstafada icra başçısı şikayətçiləri kabinetindəcə aşağılayır


10-02-2014, 16:01
Ağstafada icra başçısı şikayətçiləri kabinetindəcə aşağılayır
DİA.AZ: - Acstafa rayon icra hakimiyyətinin başçısından da narazılıq var. Belə ki, yeril sakinlıər RİH rəhbəri Məhərrəm Quliyevin kobud davranışlarından giley-güzar edirlər.

DİA.AZ-a bu barədə yazan vətəndaşlar bildirir ki, icra başçısı nəinki tabeçiliyndə olanları, hətta qapısına şikayətə gedənləri belə aşağılayır. Redaksiyamıza daxil olan müraciətdə deyilir:

В«Bəlkə də Məhərrəm Quliyev üçün bütün bunlar adi bir haldır. Amma Ağstafa camaatı bu adama daha səbr etmək niyyətində deyil. Şikayətçi görəndə sanki qutuda ilan görür. Dəfələrlə onun qəbuluna düşməyə çalışırıq, amma düşəndə də peşman oluruqВ».

Sakinlər yazır ki, bir neçə gün əvvəl Məhərrəm Quliyevin yanında olublar: В«Narazılığımız rayon icra nümayəndəsindən idi. Başçı sanki onu söyüğlərmiş kimi davrandı. Bizi təhqir edərək bildirdi ki, icra nümayəndəsi rayonda başçının əsas adamıdır və ondan şikayət etmək, başçıdan şikayət etməkdirВ».

Sonra Məhərrəm Quliyevin onları mətbuata informasiya ötürməkdə ittiham etdiyini bildirən sakinlər bildirirlər ki, icra başçısının bu xoflanması onlara da qəribə gəlib: В«Bu adam mətbuatda elə qorxursa, ən azından yaxşı işləməlidir. Bizim burada nə günahımız var. Bizə açıq şəkildə bildirdi ki, əgər qəzetlərə ötürülən materialların arxasından hansısa birimiz çıxarıqsa, özümüz və yaxınlarımız həbs olunacağıqВ».

Bildirək ki, redaksiyamıza daxil olan müraciətin arxasında Ağstafa rayon sakinləri adından Sabir Məmmədovun, Murad Fərzəliyevin və daha 6 nəfərin imzası yer alıb.

Qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt