Əsas Səhifə > Güney Press / Ana xəbər > Prezident Administrasiyasından vəhabilərlə bağlı
Prezident Administrasiyasından vəhabilərlə bağlı10-02-2014, 14:30 |
|
Azərbaycan dövləti, Qafqaz Müəlmanları İdarəsi Suriya ilə bağlı rəsmi mövqeyini bildirib. Biz orada gedib vuruşan azərbaycanlıların fəaliyyətinə müsbət baxmırıq, bu işi mənasız fəaliyyət hesab edirik." Bunu SalamNews-a Prezident Administrasiyasının (PA) sektor müdiri Qafar Əliyev bildirib. O deyib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkədə demokratik inkişaf getdiyinə görə, Azərbaycanda müxtəlif dini təriqətlərin, cərəyanların nümayəndələri xarici ölkələrdə yol tapıb ölkəmizə gəliblər, insanları şirnikləşdirərək, müxtəlif yollarla aldaraq mənasız işlərə yönəldiblər. PA rəsmisi vurğulayıb ki, indi Suriyada ölənlə öldürənin kimliyi bilinmir. Bu vaxta qədər deyirdilər ki, vətəndaş müharibəsi gedir, indi vətandaş müharibəsi halından çıxıb: "Hazırda Suriyada nə baş verdiyi bilinmir. Çünki orada müxtəlif dini cərəyanlar bir-birinə qarşı vuruşur, müxtəlif dövlətlərin maraqları toqquşur. Bir sözlə, Suriya ölüm ocağına çevrilib. Ona görə də orada ölən azərbaycanlılara yazığım gəlir. Azərbaycanlıların gedib orada vuruşmasına mənfi baxıram. Suriya xalqının başına gətirilən bu bəlanın gələcəyini görmürəm. Kimsə qalib və ya məğlub olsa da, Suriyadak üç ildəki dağıntıları 50 il ortadan qaldırılmayacaq." Onun sözlərinə görə, ziyalılarımız, alimlərimiz TV-lərdə, KİV-lərdə gənclərimizi müxtəlif cərəyanlarn bu təbliğatına uymamağa səsləməlidirlər. Bizim Dağlıq Qarabağ kimi böyük problemimiz var. Torpaqlarımız 20% işğal olunub. Biz öz problemlərimizlə məşğul olmalıyıq. Gedib Suriyada vuruşmağın heç bir faydası yoxdur. Geri qayıt |