Əsas Səhifə > Güney Press / Ana xəbər > İcra başçısının müavini Nəsən Həsənovun milyonluq villası

İcra başçısının müavini Nəsən Həsənovun milyonluq villası


10-02-2014, 13:59
İcra başçısının müavini Nəsən Həsənovun milyonluq villası
Bir neçə aydır Xəzər rayonu, Mərdəkan qəsəbəsində əzəmtli bir villanın tikintisi gedir.
Ümumiyyətlə, Mərdəkan qəsəbəsində bu tip villalar çoxluq təşkil edir. Amma bu villa diğərlərindən həm ölçüsü, həm də arxitekturasına görə fərqlənir.
Bu tikilinin kimə məxsus olduğunu oyrənməyə çalışsaq da, dəqiq bir söz deyən yox idi.
Bizimxeber.az-ın apardığı araşdırmalar nəticəsində bu əzəmətli villanın sahibini dəqiqləşdirə bildik. Bəlli oldu ki, villa Sabirabad icra başçısının birinci müavini Nəsən Həsənovundur. Olduqca əzəmətli villanın tikintisinə Həsən müəllim milyonlar xərcləyir. Allah xeyir versin.
Amma ayda 1000-manata yaxın əmək haqqı alan Həsən Həsənov bu villanı hansı pulnan tikdirir? Bu suala cavab axtarmağa çalışacağıq…

Geri qayıt